“Uşaqlar qaranlıqda məktəbə necə getsinlər?“ Masazır sakinləri küçə işıqlarının yanmamasından şikayət edirlər
Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Masazır qəsəbəsi, 6 nömrəli məktəbə gedən yolda sakinlər işıqlandırma problemindən şikayətçidirlər.
Bildirilir ki, yol kənarında işıq dirəkləri olmasına baxmayaraq, axşam saatlarında ərazi tamamilə qaranlığa qərq olur. Bu isə sakinlərin, xüsusən də məktəblilərin hərəkətini çətinləşdirir.
Sakinlərdən biri problemin uzun müddətdir həll olunmadığını qeyd edib:
"Haradasa il yarım - iki il olar ki, bu işıq dirəkləri qoyulub. Cəmi bir ay iyirmi gün işıqlar yandı, ondan sonra yandığını görmədik. Dövlət sakinlərin rahatlığı üçün bu qədər vəsait ayırıb, sağ olsun. Amma bu işığı yandırmaq nə böyük problemdir? İki ildir bunların heç biri yanmır. Qış vaxtı uşaqlar qaranlıqda məktəbə necə getsin?"
Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən verilən açıqlamada bildirilib: "Abşeron rayonunda gecə işıqlarının təmini ilə əlaqədar işlər görülür. Yol kənarlarındakı gecə işıqları sistemlərinin təhvil-təslim prosesi artıq başa çatıb. Gecə işıqlandırılmasının bərpası və təmin edilməsi istiqamətində cari təmir işləri aparılır və bu işlər ayın sonuna qədər başa çatacaq. Bundan sonra gecə işıqlandırılması təmin olunacaqdır".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 12 Yanvar 2026 08:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















