Icma.az
close
up
RU
Təlatümlü fəslin sonu Maskın Ağ Evdən gedişindəki müəmma

Təlatümlü fəslin sonu Maskın Ağ Evdən gedişindəki müəmma

Ayna saytına istinadən Icma.az xəbər verir.

DOGE-nin rəhbəri olan milyarder dövlət vəzifəsindən niyə getdi? - “Bu, bütün Amerika hökuməti üçün həyat tərzinə çevriləcək"

Amerikalı milyarder İlon Mask ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri vəzifəsindən getmək qərarına gəlib. “Tesla”nın rəhbəri ABŞ Prezidenti Donald Trampın administrasiyasındakı postunu tərk etmək qərarı verdiyini açıqlayıb. Mask vida bəyanatında Ağ Ev rəhbərinə ölkə hökumətinin “faydasız xərclərini” azaltmaq imkanı yartdığına görə təşəkkür edib.

Eyni zamanda, “Reuters” xəbər verir ki, onun vəzifədən getməsinin dəqiq şərtləri hələ də aydın deyil. Aprelin 21-də “The Washington Post” (WP) yazıb ki, sahibkar opponentlərin, xüsusən də solçu siyasi qüvvələrin davamlı hücumlarından bezdiyi üçün ABŞ hökumətindəki vəzifəsini tərk etmək istəyir.

“Mask Ağ Evi tərk etmək istəyir. Çünki solçulardan gələn xoşagəlməz və qeyri-etik hücumlardan bezib”, “Washington Post” yazıb.

“Politico” jurnalı isə yazıb ki, son həftələrdə Maskın adı ilə bağlı xəbərlər daha az yayılır. Belə ki, Mask bir vaxtlar Ağ Evdə keçirilən brifinqlərin əsas iştirakçısı olub, lakin indi onun adı bu brifinqlərdə nadir hallarda çəkilir. Hətta Konqres üzvləri onu faktiki olaraq xəbər bülletenlərindən kənarlaşdırıblar.

Maskın hökumətdəki işinin mümkün sonu ilə bağlı yeni şayiələr biznesmenin ABŞ Prezidentinin özünün təşəbbüsü ilə irəli sürdüyü “Bir böyük gözəl qanun layihəsi”ni tənqid etməsindən sonra ortaya çıxıb. Sahibkar bildirib ki, bu sənəd DOGE-nin fəaliyyətinə xələl gətirir.

“Açığı, büdcə kəsirini artıran, sadəcə onu azaltmayan və DOGE komandasının gördüyü işlərə xələl gətirən qanun layihəsini görmək məni məyus etdi”, - Mask söyləyib.

Məlumdur ki, “Bir böyük gözəl qanun layihəsi” Trampın prezidentliyinin lap əvvəlindən qızğın müzakirələrə səbəb olub; onun ABŞ Konqresində müzakirəsi Respublikaçılar Partiyası daxilində bir neçə həftə davam etdi. Bununla belə, mayın 22-də davam edən gecə müzakirələrindən sonra Nümayəndələr Palatası qanun layihəsini qəbul etdi. İndi buna Senat baxmalıdır.

CBS telekanalının məlumatına görə, yuxarı palata qanun layihəsinin hazırkı variantını qəbul etməyəcək, bu səbəbdən də onun Konqresdə yekun qəbulu qeyri-müəyyən müddətə təxirə salınacaq.

“Reuters”dəki mənbənin sözlərinə görə, Ağ Evin bəzi yüksək vəzifəli məmurları, o cümlədən Aparat rəhbərinin müavini Stiven Miller Maskın sənədlə bağlı şərhlərindən “xüsusilə qıcıqlanıb”, çünki onlar Trampın tədbirlər paketinə dəstəyini təsdiqləmək üçün respublikaçı senatorları çağırmalı olublar.

Bundan əlavə, mayın 24-də “The Washington Post” öz mənbələrinə istinadən yazıb ki, Mask şəxsən ona və şirkətlərinə qarşı “bu səviyyədə mənfi reaksiya” gözləmir ki, bu da onun öz təhlükəsizliyi üçün “böyük narahatlığına” səbəb olub. Bunun da onun siyasətdən getməsinə təsir edən amillərdən biri olduğu qeyd edilir.

“Reuters” mənbələrinin məlumatına görə, Maskın gedişi "tez və qeyri-təntənəli olub", qərar "yuxarı heyət səviyyəsində" verilib. Onun dövlət orqanında işinin başa çatdığını elan etməzdən əvvəl Trampla rəsmi söhbəti olmadığı qeyd edilir. Amerika lideri biznesmenin Ağ Evi tərk etməsi ilə bağlı heç bir açıqlama verməyib.

Tramp administrasiyasının lap əvvəlindən Mask böyük qalmaqala qarışdı. Xüsusilə, o ABŞ-ın yeni prezidentinin andiçmə mərasimində çıxışı zamanı italyan faşistlərinin salam kimi istifadə etdiyi “Roma salamı”na bənzəyən jest nümayiş etdirdi. Vəzifədəki fəaliyyətinə gəlincə, milyarder inauqurasiyadan dərhal sonra dövlət xərclərini yoxlamağa başladı. Sahibkarın özünün iddia etdiyi kimi, idarə 160 milyard dollardan çox qənaət edib.

Bundan əlavə, yeni administrasiyanın müxtəliflik, bərabərlik və inklüzivlik (DEI) siyasətini ləğv etməsi, eləcə də lazımsız dövlət xərclərini azaltmaq üçün Maskın departamenti ABŞ hökumətində dövlət qulluqçularının kütləvi şəkildə ixtisarına başlayıb.

DOGE-nin fəaliyyətinin ən səs-küylü nəticələrindən biri müxtəlif ölkələrin inkişafını təşviq etmək üçün xarici humanitar yardımın idarə edilməsinə cavabdeh olan ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyətinin auditi və sonradan dayandırılması olmuşdu.

Maskın özünə görə, DOGE-nin işi onun getməsi ilə bitmir. O, buna ümid etdiyini söyləyib: “Bu, bütün Amerika hökuməti üçün həyat tərzinə çevriləcək".

“Associated Press” isə yazıb: “Maskın gedişi minlərlə ixtisar, dövlət qurumlarının boşaldılması və bir sıra məhkəmə iddialarının daxil olduğu təlatümlü fəslin sonunu göstərir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://ayna.az
archiveBu xəbər 04 İyun 2025 19:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see596

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see421

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see304

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see284

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see279

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see269

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see259

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see258

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see256

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see239

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see233

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see210

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see203

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see203

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see198

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see187

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see182

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see176

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see176

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri