Icma.az
close
up
RU
Tələbə kartları ilə ödəniş sistemi sınaqdan keçirilir: Tələbələr nə düşünür? SORĞU

Tələbə kartları ilə ödəniş sistemi sınaqdan keçirilir: Tələbələr nə düşünür? SORĞU

Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakıda tələbə kartları ilə metroda ödəniş sisteminin sınaq mərhələsinə start verilib. Bakı Metropoliteni və Kapital Bank tərəfindən həyata keçirilən bu yenilik tələbələr üçün həm rahatlıq, həm də əlavə təhlükəsizlik vəd edir. Artıq tələbələr metro kartı olmadan da öz tələbə vəsiqələri ilə gediş haqqını ödəyə biləcəklər. Avtosfer.az xəbər verir ki, bu yeniliklə bağlı "redaktor.az" tələbələr arasında sorğu keçirib. Sorğu nəticəsində məlum oldu ki, əksər tələbələr sistemi müsbət qarşılayır, onu həm vaxt itkisini azaldan, həm də praktik bir addım kimi dəyərləndirirlər.

Bakı Dövlət Universitetinin tələbəsi Aysel Quliyeva bildirdi ki, bu yeniliyi çox faydalı hesab edir:

“Mən ayda bir-iki dəfə metro kartımı itirirəm, sonra yenisini almaq üçün əlavə vaxt və pul xərcləyirəm. İndi tələbə kartı ilə ödəniş imkanı olsa, çox rahat olacaq. Həm cibim, həm əsəblərim qurtaracaq”.

Azərbaycan Texniki Universitetinin tələbəsi Murad Əliyev isə bu addımı tələbələr üçün atılmış gecikmiş, amma vacib bir yenilik kimi qiymətləndirdi:

“Əslində, bunu çoxdan etmək lazım idi. Dünyanın bir çox ölkəsində tələbə kartları həm identifikasiya, həm də nəqliyyat ödənişi üçün istifadə olunur. Bizdə də nəhayət ki, bu addım atıldı”.

Digər respondent, ADPU tələbəsi Ləman Məmmədova bu sistemin tələbələrə endirimli gediş imkanı yaradacağına ümid etdiyini bildirdi:

“Əgər bu kartlarla gediş haqqı tələbələr üçün endirimli olarsa, çox yaxşı olar. Onsuz da tələbələrin xərcləri çoxdur. Bu, həm maddi baxımdan, həm də motivasiya baxımından böyük dəstək olar”.

Azərbaycan Dillər Universitetinin tələbəsi Rauf Həsənov isə layihəni tələbələrin rahatlığı üçün müsbət bir dəyişiklik kimi dəyərləndirdi:

“Axır ki, biz tələbələri də düşündülər. İndi ayrıca metro kartı gəzdirib, balans yükləməyə ehtiyac qalmayacaq. Kartı itirmək riski də azalır. Hər şey bir sistemdə cəmləşir”.

Sorğudan belə nəticə çıxır ki, tələbə kartları ilə ödəniş sistemi gənclər tərəfindən müsbət qarşılanır və layihənin uğurla həyata keçəcəyi təqdirdə, tələbələrin gündəlik həyatına əhəmiyyətli rahatlıq gətirəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:173
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 29 Oktyabr 2025 07:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see306

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see275

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see237

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see229

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see212

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see206

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see191

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see182

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see171

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see167

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see165

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see158

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see157

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see156

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see155

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see154

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see151

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see148

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri