Icma.az
close
up
RU
Tələbə və magistrantların 47 ci ənənəvi elmi konfransı keşirilir

Tələbə və magistrantların 47 ci ənənəvi elmi konfransı keşirilir

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 7 may, AZƏRTAC

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Elmdə addımlar: TEC günləri” çərçivəsində tələbə və magistrantların 47-ci ənənəvi elmi konfransı işə başlayıb.

AzMİU-dan AZƏRTAC-a bildirilib ki, builki konfrans Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilib. Konfransa Tələbə Elmi Cəmiyyətinin (TEC) sədri Günel İmamquliyeva moderatorluq edib.

Plenar iclasda çıxış edən AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova Ümummilli Liderin elmin və təhsilin inkişafı sahəsində gördüyü misilsiz xidmətlərdən bəhs edib. Rektor deyib ki, Heydər Əliyev Azərbaycanın gələcəyini bilikli, milli ruhlu və müasir dünyagörüşünə malik gənclərdə görür, bu istiqamətdə dərin islahatlar həyata keçirirdi. Rektor, eyni zamanda, Ulu Öndərin AzMİU-nun yaradılması və inkişafındakı xüsusi rolunu vurğulayaraq, universitetin bu gün müasir tələblərə cavab verən mühəndis və memar kadrlar hazırlayan nüfuzlu elmi mərkəzə çevrildiyini diqqətə çatdırıb.

Milli Məclisin deputatı Ceyhun Məmmədov çıxışında təhsilin inkişafı istiqamətində atılan mühüm addımlardan danışıb. O bildirib ki, Heydər Əliyevin rəhbərliyi dövründə 800-dən çox ümumtəhsil müəssisəsinin inşası həyata keçirilib ki, bu da təhsilə verilən əhəmiyyətin bariz nümunəsidir.

Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri, AzMİU-nun Memarlıq layihələndirilməsi və şəhərsalma kafedrasının müdiri professor Elbay Qasımzadə isə çıxışında Ümummilli Liderin yalnız siyasi və dövlət xadimi kimi deyil, həm də yüksək estetik zövqə malik, memarlığa və şəhərsalmaya böyük önəm verən şəxsiyyət olduğunu vurğulayıb.

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev də konfransda çıxış edərək Ulu Öndərin müəllim əməyinə verdiyi yüksək qiymətdən, təhsil işçilərinin sosial rifahının və hüquqlarının qorunmasında göstərdiyi səylərdən bəhs edib.

Plenar iclas çərçivəsində Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Konfrans bölmə iclasları ilə davam etdirilib. Fizika və kimya kafedrasının professoru Nəbi Babayev və dosent Şəhla Əhmədin elmi rəhbərliyi ilə aparılan tədqiqat çərçivəsində tələbələr Nuray Məmmədli və Ceyran Qurbanova “Azərbaycan Memarlıq və İnşaat Universitetinin ərazisindəki torpaqda qurğuşun və fəal alüminiumun təyini” mövzusunda elmi araşdırmalarının nəticələrini təqdim ediblər.

Elmi konfrans işini sabah bölmə iclasları ilə davam etdirəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 May 2025 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri