Icma.az
close
up
RU
Tələbələr kirayə mənzil tapmır: Yeni tikililər 2 qat bahadır

Tələbələr kirayə mənzil tapmır: Yeni tikililər 2 qat bahadır

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

"Son illərdə bölgələrdən, xüsusən də paytaxt Bakı şəhərinə tələbə axınının artması kirayə mənzil bazarında ciddi qiymət artımı və mənzil qıtlığına səbəb olub. Əvvəlki illərlə müqayisədə qiymət artımı daha kəskin xarakter alıb, eyni zamanda kirayə mənzillərin sayı da əhəmiyyətli dərəcədə azalıb". 
Bunu Demokrat.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib.
O, bildirib ki, digər tərəfdən, paytaxtda aparılan söküntülər nəticəsində çoxsaylı köhnə binalar və fərdi evlər aradan götürülüb ki, bu da həmin ərazilərdə yerləşən kirayə mənzillərin bazardan çıxması ilə nəticələnib:
"Sökülən binaların yerində inşa olunan yeni yaşayış komplekslərində mənzillərin kirayə qiymətləri əvvəlkilərə nisbətən təxminən iki dəfə baha olur. Bu isə xüsusilə tələbələr üçün əlçatan deyil. Bakı şəhərinin 2040-cı ilə qədər təsdiqlənmiş Baş Planına əsasən, yüzlərlə köhnə bina və fərdi evlər söküləcək, bir hissəsi dövlət ehtiyacları üçün alınacaq, digərlərinin yerində isə yeni yaşayış binaları tikiləcək. Bu isə yaxın illərdə kirayə bazarında qiymət artımlarının davam edəcəyini göstərir".
Ekspertin sözlərinə görə, hazırda mənzillərin kirayə qiyməti satış qiymətinin təxminən 0,5–1,0%-ni təşkil edir:
"Məsələn, satış qiyməti 100.000 manat olan bir mənzilin aylıq kirayəsi orta hesabla 500 manatdır. Təqribən 8–10 il əvvəl Bakının mərkəz rayonlarında yerləşən “Xruşovka” tipli mənzillərin qiyməti 65.000 manat idisə, bu gün həmin mənzillər 90.000–115.000 manat aralığında satılır. O vaxt bu tip mənzillərin kirayəsi 250–300 manat olduğu halda, hazırda orta hesabla 500 manata yüksəlib. Otaq sayı artdıqca kirayə qiymətlər də yüksəlir".
Ekspert bildirib ki, daşınmaz əmlak bazarında satış qiymətlərinin artması birbaşa kirayə qiymətlərinə də təsir edir:
"Nəticədə tələbələr ali məktəblərə yaxın ərazilərdə ev tapa bilmədikdə, kənar rayonlarda kirayə qalmağa məcbur olurlar. Bu isə onların gündəlik saatlarla yollarda vaxt itirməsinə və əlavə yol xərclərinə səbəb olur. Problemin həlli yollarından biri köhnə tələbə yataqxanalarının sökülərək müasir, hündürmərtəbəli yataqxanalarla əvəzlənməsidir. Bu addım tələbələrin böyük bir qisminin mənzil problemini aradan qaldıra bilər".
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 11 Sentyabr 2025 20:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see246

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see235

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see211

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see199

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see172

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see167

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see167

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see154

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see154

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see153

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see153

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see150

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see145

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see140

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see137

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see137

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see136

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see136

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see135

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri