Icma.az
close
up
RU
Kirayə mənzil tapmaq çətinləşib: tələbələr üçün çıxış yolları nələrdir?

Kirayə mənzil tapmaq çətinləşib: tələbələr üçün çıxış yolları nələrdir?

Icma.az bildirir, Olke.az portalına istinadən.

Tələbələrin Bakıya gəlişi ilə kirayə mənzillərə tələbat artır və nəticədə qiymətlər də yüksəlir. Bu, həm tələbələr, həm də onların valideynləri üçün ciddi çətinliklər yaradır. Universitetlərin yataqxanaları müəyyən qədər çıxış yolu olsa da, yalnız məhdud sayda tələbəyə xidmət edə bilir.

Bəs, belə bir vəziyyətdə beynəlxalq təcrübədən necə yararlanmaq olar?

Mövzu ilə bağlı Ölkə.az-a açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, hər il avqustun sonu, sentyabrın əvvəllərində tələbə adını qazanan abituriyentlərin Bakıya gəlişi, ev və mənzil kirayəsi axtarışı ilə əlaqədar qiymətlərdə artım hiss olunur.

Onun sözlərinə görə, bu, artıq ənənə halını alıb:

"Amma son üç ildə mövsümi qiymət artımına daimi, yəni il boyu davam edən qiymət artımı da əlavə olunub. Belə ki, daşınmaz əmlak investisiya üçün ən uyğun bir istiqamət kimi hazırda çıxış edir. Əhalinin kapital yığımını həyata keçirən hissəsi, eləcə də sahibkarlarımız əsasən daşınmaz əmlaka investisiya edirlər. Bunun səbəbi isə bu sahənin az riskli və dayanıqlı gəlir mənbəyi hesab olunmasıdır.

Eyni zamanda daşınmaz əmlakın hər il qiymət artımı bu investisiyanın daha da cazibədar olması üçün şərait yaradır. Hazırda həm satış qiymətlərinin, həm də kirayə qiymətlərinin artması elə bir vəziyyət yaradıb ki, ali məktəbə qəbul olmuş təqribən 50 mindən artıq tələbə və onların valideynləri şəhərdə kirayə mənzil axtararkən ciddi problemlə üzləşirlər. Bir tərəfdən münasib qiymətə ev tapmaq çətinləşib, digər tərəfdən qiymətlər davamlı olaraq yüksəlir. Bunun qarşısını almaq üçün dəfələrlə müxtəlif təkliflər irəli sürülüb. Bu təkliflərin ən əsaslısı isə təhsil müəssisələrinin şəhər kənarına köçürülməsi və həmin ərazilərdə qonşu Türkiyədə, ABŞ-də və Avropa ölkələrində olduğu kimi həm tələbə yataqxanalarının, həm də tədris müəssisələrinin birlikdə təşkili məsələsinin həll olunmasıdır.

Yəni universitetlər şəhərin kənarına kamplar kimi formalaşdırılsın ki, tələbələr orada həm yaşaya bilsinlər, həm təhsil ala bilsinlər, eyni zamanda şəhərdəki tıxaclar, kirayə bazarındakı böyük ehtiyaclar aradan qalxsın. Bu da kirayə bazarına müsbət təsir göstərsin.

Bundan əlavə, biz qeyd etmişdik ki, məsələnin köklü həlli üçün Bakı şəhərinin artıq kifayət qədər yükləndiyini nəzərə alaraq paytaxtın başqa bir şəhərə, məsələn, işğaldan azad olunmuş Xankəndinə köçürülməsi daha məqsədəuyğun ola bilər. İlkin mərhələdə isə əhalinin birbaşa kontaktını tələb etməyən dövlət müəssisələrinin şəhərin kənarına köçürülməsi mümkündür. Bu da təkliflərdən biridir".

V.Oruc qeyd edib ki, hazırkı imkanlardan çıxış edərək görülə biləcək işlərə gəlincə, Sovet dövründən qalan yataqxanaların təmiri və bərpası ən real variantlardan biridir:

"Bu obyektlər yenidən tələbələrin istifadəsinə verilə bilər. Bundan başqa, yeni yataqxanaların tikilməsi üçün həm dövlət büdcəsindən maliyyə ayırmaq, həm də sahibkarların bu istiqamətdə fəaliyyəti üçün dövlət təşviq proqramlarının təşkili mümkündür. Belə proqramlar çərçivəsində torpaq sahələrinin bələdiyyə və ya icra hakimiyyətləri tərəfindən pulsuz verilməsi, eləcə də sahibkarların yataqxana tikintisi layihələri üçün vergidən azad edilməsi nəzərdə tutula bilər. Bunun nəticəsində yataqxanalar ödənişli əsaslarla, lakin tələbələr üçün münasib qiymətlərlə fəaliyyət göstərə bilər. Bunlar olarsa, tələbələr mənzil və ev axtarışlarına son qoyacaqlar.

Məhz həmin yüksək təminatlı, müasir standartlara uyğun yataqxanalarda yaşamağa üstünlük veriləcək. Çünki hazırda abituriyentlərin mütləq əksəriyyəti rayonlardan gəlir və onların ailə büdcəsi Bakıda təkbaşına mənzil kirayə etməyə imkan vermir. Hazırda bəzi hallarda bir neçə tələbənin valideynləri birləşərək bir mənzil kirayələyirlər. Lakin bu, çox vaxt kirayə verən tərəfin maraqlarına uyğun olmur. Çünki evdə həddindən artıq insanın yaşaması, gələn-gedənlərin, yəni ziyarətçilərin çoxluğu ev sahibinin maraqlarını təmin etmir. Bu bazarın özü də bir məhdud bazardır deyə, problemin həlli üçün tam çıxış yolu deyil.

Qeyd etdiyim kimi, beynəlxalq təcrübəni nəzərə alaraq şəhər kənarında tələbə kampuslarının təşkili birinci məsələdir. Keçid dövrü üçün isə mövcud yataqxanaların təmir edilməsi və hazırda universitetlərin balansında olan yataqxanaların tələbələrə təqdim olunması vacibdir. Bundan əlavə, dövlət tərəfindən yeni yataqxanaların inşası da ola bilər. Dördüncü istiqamət kimi isə sahibkarlar üçün təşviq proqramlarının hazırlanmasını qeyd etmək olar. Bu proqramlara torpaq sahələrinin pulsuz verilməsi, vergidən azadolma və digər güzəştlər daxildir. Yəni bütün bu addımlar çıxış yolu kimi nəzərdən keçirilə bilər".

Həmidə İbrahimova 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:99
embedMənbə:https://olke.az
archiveBu xəbər 09 Sentyabr 2025 16:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2008

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see227

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see200

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see187

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see152

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see147

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see140

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see140

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see137

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see136

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see136

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see134

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see129

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see129

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see128

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see127

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see127

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see125

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see122

Çinli avtomobilindəki cızığa görə 3 nəfəri öldürdü

08 Dekabr 2025 09:44see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri