Icma.az
close
up
RU
Tələbələr üçün “Uşaq ədəbiyyatında zəfər” mövzusunda tədbir keçirilib

Tələbələr üçün “Uşaq ədəbiyyatında zəfər” mövzusunda tədbir keçirilib

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 7 noyabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) SABAH qruplarının Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının IV kurs tələbələri üçün “Libraff” kitab evində “Uşaq ədəbiyyatında zəfər” mövzusunda tədbir keçirilib. Tədbir SABAH qruplarının müəllimi Aygün Bağırlının rəhbərliyi ilə “Dərsliklər və uşaq ədəbiyyatı” fənninin tədrisi çərçivəsində təşkil olunub.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

Tədbirdə uşaq ədəbiyyatı yazarları – filologiya elmləri doktoru, professor Rafiq Yusifoğlu, Mina Rəşid, Nərminə Məmmədzadə, Ayna Asim, eləcə də “Üç alma” nəşrlər evinin nümayəndəsi Arzu Cəfərova iştirak ediblər.

Professor Rafiq Yusifoğlu çıxışında Zəfər tariximizdə gənclərin rolundan söz açıb. O, xalqımızın qələbəsindən sonra cəmiyyətdə formalaşan inam və ruh yüksəkliyindən danışaraq, şanlı Zəfərimizə həsr etdiyi əsərləri barədə məlumat verib.

Mina Rəşid Qarabağda keçən uşaqlıq illərindən, doğma yurdunun işğalı zamanı yaşadığı xatirələrdən danışıb, Qarabağ həsrəti və zəfər sevinci mövzusunda yazdığı şeirlərini səsləndirib. Nərminə Məmmədzadə müharibənin ən məsum zərərçəkmişləri olan uşaqların dilindən yazılmış məktublardan ibarət “Vida” əsəri haqqında məlumat verib. Ayna Asim isə özünün “Zəfər günü” əsərini ifa edib.

SABAH qruplarının tələbələri də tədbirdə vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.

Sonda “Üç alma” nəşrlər evinin nümayəndəsi Arzu Cəfərova “TEAS Press” nəşriyyatında zəfər mövzusunda nəşr edilmiş uşaq ədəbiyyatı nümunələri haqqında iştirakçılara məlumat verib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Noyabr 2025 19:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see253

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see191

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see161

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see154

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see142

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see137

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see135

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see135

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see135

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see133

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see133

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see130

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see130

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see130

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see130

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see128

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see126

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri