Icma.az
close
up
RU
Tələbələr üçün master klas keçirilib FOTO

Tələbələr üçün master klas keçirilib FOTO

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Konstitusiya və Suverenlik İli” çərçivəsində 25 sentyabr 2025-ci il tarixində Medianın İnkişafı Agentliyi, Məhkəmə Hüquq Şurası və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə jurnalistika fakültəsinin tələbələri üçün “Azərbaycan Respublikasının Konstitusiyası insan haqlarının qorunmasının etibarlı təminatçısıdır” mövzusunda master-klas təşkil olunub.

Bu barədə APA-ya Medianın İnkişafı Agentliyindən məlumat verilib.

Tədbirdə çıxış edən Medianın İnkişafı Agentliyinin Hüquq şöbəsinin müdiri Adil Tağıyev qeyd edib ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində Agentlik tərəfindən gənclər arasında maarifləndirici təşəbbüslərə xüsusi önəm verilir. O bildirib ki, tələbələr üçün keçirilən seminarlar, təlimlər və müxtəlif layihələr Konstitusiyanın mahiyyəti, insan hüquqlarının qorunması prinsipləri və konstitusion dəyərlərin ictimaiyyətə çatdırılması istiqamətində vacib rol oynayır.

Daha sonra Agentliyin Müşahidə Şurasının üzvü, BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev çıxış edərək bildirib ki, Konstitusiya yalnız hüquqi sənəd deyil, eyni zamanda dövlətçilik ideologiyasının, milli dəyərlərin və demokratik cəmiyyət quruculuğunun əsasını təşkil edir. O qeyd edib ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində belə master-klasların təşkili gənclərin hüquqi biliklərinin artırılmasına, konstitusion dəyərlərin daha dərindən mənimsənilməsinə və onların vətəndaşlıq məsuliyyətinin gücləndirilməsinə mühüm töhfə verir.

Daha sonra mühazirə ilə çıxış edən Bakı Apellyasiya Məhkəməsinin hakimi Xəyalə Cəmilova isə öz çıxışında Konstitusiyanın qəbul edilməsinin müasir Azərbaycan dövlətçiliyinin hüquqi təməlinin formalaşmasında həlledici rol oynadığını diqqətə çatdırıb. O bildirib ki, 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması isə sözügedən dəyərlərin gənc nəsil arasında təbliği və hüquqi maarifləndirmənin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Sonda tələbələrin iştirakı ilə interaktiv müzakirə aparılıb, insan hüquqlarının qorunması və jurnalist fəaliyyətində hüquqi yanaşmalarla bağlı müxtəlif suallara cavab verilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://apa.az
archiveBu xəbər 25 Sentyabr 2025 17:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see493

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see446

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see346

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see294

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see285

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see281

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see269

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see252

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see243

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see237

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see228

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see225

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see220

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see215

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see213

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see211

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see201

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see200

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see195

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri