Icma.az
close
up
RU
Odlar Yurdu Universitetində əcnəbi tələbələr üçün Miqrasiya qaydaları adlı tədbir keçirilib

Odlar Yurdu Universitetində əcnəbi tələbələr üçün Miqrasiya qaydaları adlı tədbir keçirilib

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı,"Miqrasiya Sahəsinin İnkişafı" ictimai birliyinin təşkilatçılığı ilə "Azərbaycanda təhsil alan əcnəbi tələbələr arasında miqrasiya qaydaları,tibbi əlçatanlıq və ölkə tanıtımı mövzularında maarifləndirmə" layihəsi çərçivəsində keçirilən tədbirdə ilk çıxış edən Elmi işlər və keyfiyyət təminatı üzrə prorektor Fəxrəddin Məmmədov, tədbir iştirakçılarını universitet rəhbərliyi adından salamladı, universitetdə tələbələr üçün yaradılan şəraitdən danışdı və Dövlət Miqrasiya Xidməti əməkdaşlarının əcnəbi tələbələrlə görüşlərinin əhəmiyyətli olduğunu qeyd etdi.
Layihə rəhbəri, DMX yanında ictimai şuranın üzvü Vidadi Fətullayev, universitetlərimizdə təhsil almaq üçün gələn xarici ölkə vətəndaşlarının sayının ildən-ilə artdığını dedi, bu sahədə ali məktəblərin və aidiyyatı dövlət qurumlarının birgə atdıqları addımlardan,əcnəbi tələbələrin ölkəmizdə tibbi xidmətlərdən istifadə imkanlarından ətraflı bəhs etdi və tədbirin keçirilməsinə dəstək olan Dövlət Miqrasiya Xidməti, QHT-lərə Dövlət Dəstəyi Agentliyi və Odlar Yurdu Universitetinin rəhbərliklərinə minnətdarlıqlarını bildirdi.
Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin Hüquqi təminat idarəsinin rəis müavini Xəyalə Abbasova, mövcud miqrasiya qaydaları və hüquqpozmalar barədə tədbir iştirakçılarına geniş məlumat verdi.
Tədbirdə iştirak edən əcnəbi tələbələri maraqlandıran suallar, Miqrasiya nəzarəti baş idarəsinin baş inspektoru Xəyalə İsmayılova, Miqrasiya proseslərinin tənzimləmə baş idarəsinin inspektoru Müşfiq Ramazanov və Miqrasiya proseslərinin təhlili və informasiya təminatı baş idarəsinin inspektoru Ayxan Rzayev tərəfindən ətraflı cavablandırıldı və izahatlar verildi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:124
embedMənbə:https://sia.az
archiveBu xəbər 16 Oktyabr 2025 20:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri