Icma.az
close
up
RU
Tələbələrdən tutulan pullar: hər ay 100 min manat hara gedir?

Tələbələrdən tutulan pullar: hər ay 100 min manat hara gedir?

Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.

Əkrəm Həsənov: “Tələbələrin və işçilərin həmkarlar ittifaqına məcburi üzvlüyü qanunsuzdur”

Ali təhsil ocaqlarında təhsil alan birinci kurs tələbələri deyirlər ki, onların şəxsi razılığı olmadan hər ay təqaüdlərindən 3 manat çıxılır. Oxu.az yazıb ki, bunun səbəbi özləri də bilmədən Tələbə Həmkarlar İttifaqı Komitəsinə məcburi üzv olmalarıdır.

“Təqaüdümüzdən tutulan pulun Tələbə Həmkarlar İttifaqı Komitəsinə köçürülməsi ilə razı deyiləm. Çünki bu məsələni qərarlaşdıranda məndən fikrimi soruşmayıblar. 3 manata belə ehtiyacı olan tələbələr var?”, - deyə onlardan biri narazılığını bildirib.

Statistikaya görə, bu gün ali təhsil ocaqlarında 180 mindən çox tələbə təhsil alır. Onların 70 minə qədəri dövlət sifarişi ilə oxuyur. Təxminən 35 min tələbə hər ay təqaüd alır və nəzərə alsaq ki, hər ay bu məbləğdən 3 manat tutulur, bu isə ayda 100 min manatdan çox vəsaitin toplanması deməkdir.

Təhsil eksperti Ramin Nurəliyevin sözlərinə görə, tələbələrin sözügedən təşkilata üzv olması onların istəklərinə uyğun həyata keçirilməlidir: “Əgər tələbə məcburi olaraq bu təşkilata üzv olursa, öz istəyi ilə ərizə yazaraq oradan xaric olunmasını tələb edə bilər. Burada məcburiyyət yolverilməzdir”.

Universitetlərdə tələbələrin həmkarlar ittifaqı üzvlüyü və onlardan toplanan vəsaitlə bağlı yaranan müzakirələrə təhsil eksperti Elmin Nuri münasibət bildirib. Ekspert “Yeni Müsavat”a açıqlamasında qeyd edib ki, bu cür təşkilatlar yalnız Azərbaycanda deyil, dünyanın bir çox ölkəsində fəaliyyət göstərir və əsas mexanizm birmənalı şəkildə ianələr və könüllü iştirak əsasında formalaşır: “Ümumiyyətlə, Həmkarlar İttifaqı istər könüllü üzvlük, istərsə də könüllü üzvlərdən gələn ianələr hesabına formalaşan bir mexanizmdir. Bu, dünyanın hər yerində belədir. İstər təhsil sahəsində, istər tibb və digər sahələrdə həmkarlar təşkilatları mövcuddur. Hamısı eyni prinsiplə, könüllülük və şəffaf ianə əsasında fəaliyyət göstərməlidir”.

Ekspertin fikrincə, həmkarlar ittifaqı yalnız ildə bir dəfə verilən putyovkalarla məhdudlaşmamalı, sosial dəstək, hüquqi yardım, tələbələrin və müəllim heyətinin sosial rifahının yüksəldilməsi ilə də məşğul olmalıdır. Həmkarlar İttifaqının nizamnaməsində bu vəzifələr ətraflı şəkildə qeyd olunub.

Elmin Nuri

Bununla belə, Elmin Nuri universitetlərdə tələbələrdən ianələrin toplanması və istifadəsi məsələsində şəffaflıq təmin olunmasının vacibliyinə də diqqət çəkib: “Bu məsələnin nə dərəcədə düzgün və hüquqi əsaslarla həyata keçirildiyini mən şəxsən deyə bilmərəm. Bunun üçün tələbələr arasında sorğular keçirilməli, universitetlərin rəsmi açıqlamaları təqdim olunmalı və ən əsası Təhsil Həmkarlar İttifaqının rəsmi mövqeyi ictimaiyyətə açıqlanmalıdır”.

Hüquqşünas Əkrəm Həsənov isə “Yeni Müsavat”a açıqlamasında həm hüquqi, həm də etik baxımdan bu praktikanın tamamilə qanunsuz olduğunu bildirib. Əkrəm Həsənov qeyd edib ki, istər tələbələr, istərsə də işçilər üçün həmkarlar ittifaqına üzvlük yalnız könüllülük prinsipi əsasında həyata keçirilməlidir: “Bu, əlbəttə ki, qanunsuzluqdur. Təkcə tələbələr yox, dövlət orqanlarında çalışan işçilər də məcburi şəkildə həmkarlar ittifaqına üzv edilirlər. Üstəlik, maaşlardan və ya tələbələrin təqaüdlərindən aylıq olaraq 2 faiz tutularaq Həmkarlar Konfederasiyasına köçürülür. Bu, açıq şəkildə qanuna ziddir”.

Əkrəm Həsənov

Hüquqşünas vurğulayıb ki, həm Azərbaycan Konstitusiyasında, həm də “Həmkarlar İttifaqları haqqında” Qanunda üzvlüyün yalnız və yalnız könüllü əsasda həyata keçirilməsi qeyd olunub: “Könüllülük o deməkdir ki, şəxs özü ərizə yazaraq üzv olmaq istədiyini bildirməlidir. Əks halda, bu vəsaitin ondan tutulması cinayət xarakteri daşıyır. Mən tələbə olduğum illərdə də, 1994-cü ildən 2000-ci ilə qədər bu məsələyə qarşı çıxmışam. Bakı Dövlət Universitetinin və Təhsil Nazirliyi yanındakı Tələbə Şuralarının sədri olduğum dövrdə dəfələrlə bu haqda çıxışlar etmişəm, mətbuatda məqalələr də dərc etdirmişəm”.

Ə.Həsənov əlavə edib ki, bu vəsaitin necə xərcləndiyi ilə bağlı da ciddi suallar var: “Sizdən xəbərsiz pul tutulur, həmkarlar ittifaqına köçürülür, amma bu pullarla nə edildiyi bilinmir. Təəssüf ki, şəffaflıq yoxdur. Bəzən bəzi üzvlərə istirahət zonalarına putyovka verilir, lakin bu da sistemli və bərabər əsaslı şəkildə həyata keçirilmir. Toplanan vəsaitin çox cüzi hissəsi istifadə olunur, qalanının aqibəti bilinmir”.

Hüquqşünas deyir ki, istənilən tələbə və ya işçi bu günə qədər ondan qanunsuz şəkildə tutulan vəsaitin qaytarılmasını hüquqi qaydada tələb edə bilər: “Qanunsuz tutulan vəsaitlə yanaşı, həmin məbləğin illik 5 faizlə birlikdə geri qaytarılması da tələb oluna bilər. Əgər bu qaydaya əməl olunmursa, vətəndaş məhkəməyə müraciət edərək öz hüquqlarını təmin edə bilər. Bu, SSRİ-dən qalmış bir vərdişdir. Necə ki, sovet dövründə insanları məcburən həmkarlar ittifaqına üzv edirdilər, bu gün də bu yanaşma davam etdirilir. Amma bu, nə hüquqa, nə də ədalətə sığır. Üstəlik, Azərbaycanda fəaliyyət göstərən həmkarlar ittifaqları dünyanın qəbul etdiyi modelə uyğun deyil. Xaricdə bu qurumlar işçilərin və tələbələrin hüquqlarını qoruyan, onlara real dəstək verən strukturlardır. Bizdə isə bu təşkilatlar faktiki olaraq dövlət strukturu kimi fəaliyyət göstərir və ideal fəaliyyəti də müşahidə olunmur”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:233
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 17 İyul 2025 08:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see382

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see364

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see305

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see295

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see293

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see289

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see285

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see269

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see245

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see236

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see230

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see229

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see227

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see225

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see221

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see220

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see218

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see203

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see189

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri