Icma.az
close
up
RU
Tələbələrə həmin kartların verilməsinə başlanıldı

Tələbələrə həmin kartların verilməsinə başlanıldı

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı Dövlət Universitetində (BDU) “TələbəPlus” kartlarının təqdimatı keçirilib, ali təhsil müəssisəsinin qəbul imtahanlarında ən yüksək bal toplayan 14 tələbəsinə ilk dəfə təqdim olunub.

Globalinfo.az xəbər verir ki, BDU-nun rektoru Elçin Babayev Təhsilin İnkişafı Fondunun (TİF) reallaşdırdığı bu layihənin gənclərin təhsil həyatında önəmli rol oynayacağını bildirib:

“Təhsilin İnkişafı Fondu yarandığı gündən tələbəyönümlü müxtəlif layihələr həyata keçirir. “TələbəPlus” kartlarının verilməsi də bu uğurlu layihələrdən biridiir. Ali təhsil müəssisələri yaradılan imkandan kifayət qədər bəhrələnəcək. Bu kartlar tələbələrə ən müxtəlif istiqamətlərdə geniş imtiyazlar təqdim edəcək. Tələbələr təhsil, səhiyyə, mədəniyyət, nəqliyyat və digər xidmətlərlə bağlı endirimlərdən faydalana biləcəklər”.

TİF-in İdarə Heyətinin sədri Elnur Nəsibov vurğulayıb ki, bir ildən artıq üzərində çalışdıqları layihə artıq reallaşıb:

“BDU tələbələri “TələbəPlus” kartlarının ilk istifadəçiləri olacaqlar. Təhsilin İnkişafı Fondu daim dövlət-özəl tərəfdaşlığı, universitet-sənaye işbirliyinə xüsusi önəm verib. Təhsil sahəsində aparılan islahatlar ölkədə ali təhsilə əlçatanlığı ən yüksək səviyyəyə çatdırıb. Bu il ilk dəfə ali təhsil alanların sayı 250 min nəfər olub. Bunu nəzərə alaraq, 250 min tələbə üçün tələbə kartları gətiriləcək. Növbəti mərhələdə bu, peşə və orta ixtisas təhsilinə də şamil ediləcək. Növbəti tədris ilində isə təhsil sahəsində çalışan əməkdaşlar da layihədən yararlana biləcəklər”.

Fondun İdarə Heyətinin sədri deyib ki, indiyədək 200-dən artıq şirkətdə – pərakəndə satış, geyim, yemək, qida sahələri üzrə tələbələrin ən çox müraciət etdikləri yerlərdə güzəşt və imtiyazların, endirimlərin edilməsinə nail olunub. Mədəniyyət Nazirliyi ilə imzalanan müqaviləyə əsasən, mədəniyyət obyektləri, muzeylər, sərgi salonlarından istifadədə də güzəştlər olacaq. Gələcəkdə idman, səhiyyə, nəqliyyat sahələrində də xidmətlər “TələbəPlus”a qoşulacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:130
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 04 Noyabr 2024 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tanınmış türkiyəli aktyor Münir Canar öldü

17 Sentyabr 2026 12:04see272

Dövlətin ən həssas sərhədi xəritədə deyil

17 Sentyabr 2026 17:32see263

Vərəmin icbari tibbi sığorta hesabına müalicəsi təklif edilib

17 Sentyabr 2026 15:46see244

Yeni BMW hər kilometrə görə 10 avro itirdi: qiyməti niyə kəskin aşağı düşdü

18 Sentyabr 2026 03:24see235

Hokkey üzrə dünya çempionu Hans Tvillinq 98 yaşında vəfat edib

18 Sentyabr 2026 03:33see222

Şoyqu İrəvanı Rusiya biznesini ələ keçirməkdə ittiham edib

17 Sentyabr 2026 15:46see218

Azərbaycanda mənzil almaq niyə əlçatmaz olub? REAL SƏBƏBLƏR

17 Sentyabr 2026 18:10see215

Mbappe “Real”ın əfsanələrindən danışdı

18 Sentyabr 2026 02:01see213

“Bolt” Bakıda keçirilən biznes platformasına tərəfdaşlıq edir AÇIQLAMA VİDEO

17 Sentyabr 2026 20:20see213

Polina Qaqarina ilə Vanya Dmitrienko çəkilişdə mübahisə etdilər

18 Sentyabr 2026 05:27see206

Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi VİDEO

17 Sentyabr 2026 18:50see205

Robert Fitso bu gün Kiyevə gedir

18 Sentyabr 2026 02:04see203

Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb

18 Sentyabr 2026 03:03see197

Barselona Yamala görə dəstək aksiyasından imtina etdi

18 Sentyabr 2026 02:03see197

Putinin toy nəməri Trampı impiçmentə aparır?

18 Sentyabr 2026 21:36see195

UEFA İrlandiyanın İsraillə bağlı istəyini rədd edib

19 Sentyabr 2026 01:42see189

Sinan Akçıl sevgilisi olduğunu açıqladı: “Heç kim tuta bilmir”

18 Sentyabr 2026 01:36see186

Hansı temperaturda çay içmək xərçəng yaradır?

18 Sentyabr 2026 21:35see184

ABŞ Pezeşkianla Əraqçiyə viza verdi

18 Sentyabr 2026 04:09see182

Toyuğun döşü, yoxsa budu daha faydalıdır?

19 Sentyabr 2026 02:03see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri