Icma.az
close
up
RU
Tələbələri avaraçılıq da suçlamamalıyıq

Tələbələri avaraçılıq da suçlamamalıyıq

Icma.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.


Yazıçı-deputat Aqil Abbasın tələbə-inşaat dəstələrinin yaradılması və yay aylarında tələbələrin Qarabağda aparılan bərpa-quruculuq işlərinə cəlb edilməsi ilə bağlı çıxışı hələ də gündəmdə qalmağa davam edir. Deputatın bu təklifi çox geniş rezonans doğurdu, sıx müzakirələrə səbəb oldu. Aqil Abbası bu təklifinə görə həddindən artıq sərt şəkildə tənqid edən, "yıxıb-sürüyən"lər də və tam əksinə, onu alovlu şəkildə müdafiə edənlər, təklifini dəstəkləyənlər də az deyil. Mən isə bu məsələ ilə bağlı çox önəmli bir məqama münasibət bildirmək istəyirəm.
Sözügedən təklif, əslində, pis təklif deyil. Bəli, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun bərpası və yenidən qurulmasında iştirak etmək hər bir azərbaycanlı üçün qürur məsələsi olmalıdır. Amma bu təşəbbüs tam könüllü şəkildə olmalıdır. Sovet dövrünün tələbə-inşaat dəstələri kimi məcburi cəlbetmə, kütləvi göndəriş üsulları ilə bu gün tələbələri inzibati qaydada bərpa işlərinə göndərmək olmaz. Bu istək, bu təşəbbüs hər bir tələbənin öz içindən gəlməlidir. Könüllü şəkildə müraciət edən tələbələrdən Qarabağın bərpası üçün tələbə-inşaat dəstələri formalaşdırmaq olar. Qarabağın bərpasında iştirak etmək də onun işğaldan azad edilməsi uğrunda döyüşmək qədər çətin və şərəfli işdir.
Biz tələbələr Birinci Qarabağ müharibəsi dönəmində torpaqlarımızın müdafiəsi uğrunda döyüşlərdə tam könüllü şəkildə, öz qəlbimizin səsi və ağlımızın hökmü ilə iştirak etmişik, könüllü döyüş batalyonlarına qoşulmuşuq. O vaxt nə hər hansı bir rəsmi qurum, nədəki rektorluq bizə "gedin Qarabağı müdafiə edin" deməyib. Ona görə də bu gün Qarabağın bərpasında iştirak etmək qərarı da könüllülük prinsipinə əsaslanmalıdır. Vətənə-millətə xidmət etmək, Qarabağın dirçəlişinə töhfə vermək qutsal məsələdir. Bu cür mübarək işlərdə zor, məcburiyyət olmamalıdır. Birdəki, tələbələri "avaraçılıq"da suçlamamalıyıq. Biz indi bazar iqtisadiyyatı şəraitində yaşayırıq. Bir çox tələbələr iyul-avqust aylarında ofisiant, kuryer və s. mövsümi işlərdə işləyib öz ehtiyaclarını təmin etməyə, növbəti dərs ilinin xərclərini qarşılamaq üçün şəxsi büdcə formalaşdırmağa çalışırlar. Ona görə də bu cür həssas məqamları mütləq nəzərə almalıyıq.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri,
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 22 İyun 2026 14:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see375

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see336

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see330

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see323

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see322

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see317

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see309

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see302

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see299

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see275

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see267

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see259

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see257

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see251

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see250

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see246

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see233

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see213

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see209

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri