Icma.az
close
up
RU
“Tələbələrin təhlükəsizliyi diqqət mərkəzində” adlı konfrans keçirilib

“Tələbələrin təhlükəsizliyi diqqət mərkəzində” adlı konfrans keçirilib

Apa.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AMİU) “Tələbələrin təhlükəsizliyi diqqət mərkəzində” mövzusunda elmi-praktik konfrans keçirilib. Tədbir Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) birgə təşkilatçılığı ilə baş tutub.

FHN-dən APA-ya verilən xəbərə görə, konfransda Bakı şəhəri ali məktəblərinin tələbə elmi cəmiyyətlərinin fəalları, iş istiqamətləri həyat fəaliyyətinin təhlükəsizliyi ilə bağlı olan ali məktəblərin kafedra və fakültələrinin müəllim, professor heyəti və tələbələr iştirak ediblər.

Elmi konfransı giriş sözü ilə açan AMİU-nun tədris işləri üzrə prorektoru, professor Akif Qasımov bu tipli tədbirlərin həm professor-müəllim heyəti, həm də tələbələr üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb və konfransın işinə uğurlar arzulayıb.

Sonra FHN Bakı Regional Mərkəzinin rəisi general-mayor Məhərrəm Həsənov çıxış edərək tədbirin məqsədi barədə məlumat verib, konfransın işində iştirak edən müəllim və tələbələrə təşəkkür edib.

Konfransda çıxış edən ATGTİ-nin nümayəndəsi Osman Müşəyev ali təhsil müəssisələrində “Tələbələrin təhlükəsizliyi diqqət mərkəzində” mövzusunda elmi-praktik konfransın təşkilinin vacibliyini bildirib. Həmçinin, natiq bu kimi tədbirlərin digər ali təhsil müəssiələrində də təşkil olunmasının əhəmiyyətini qeyd edib.

Sonra konfransda tələbələr mövzu üzrə təqdimatlarla çıxış ediblər.

Həmçinin, konfransda Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri, strukturu barədə videoçarx nümayiş olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://apa.az
archiveBu xəbər 19 Dekabr 2024 14:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see243

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see240

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see234

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see201

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see197

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see188

Bakıda şagird məktəbin pəncərəsindən yıxılıb

04 Fevral 2026 14:33see175

m10 və bir sıra ödəniş sistemlərində PROBLEM YARANDI

04 Fevral 2026 11:01see172

Sadıqov: “Üstün tərəf biz idik”

04 Fevral 2026 20:37see172

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see172

Aktau və Kəraçi limanları logistika sahəsində əməkdaşlığın inkişafı barədə razılığa gəlib

04 Fevral 2026 20:04see170

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see169

Naxçıvan Ali Məclisi sədrinə köməkçi təyin edildi

03 Fevral 2026 15:12see167

Azərbaycana Sibir soyuğu gəlib: Çovğun var

04 Fevral 2026 13:41see161

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see160

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see159

Zelenski müharibənin bitmə tarixini açıqladı: İlk dəfə etiraf etdi

05 Fevral 2026 00:53see156

Paytaxtın hansı küçələrində sıxlıq var?

04 Fevral 2026 18:40see156

“Avropa artıq ABŞ ın çətiri altında deyil!”

03 Fevral 2026 22:23see156

Onu baş nazir seçsəniz, sanksiyalar olacaq ABŞ dən xəbərdarlıq

04 Fevral 2026 09:25see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri