Icma.az
close
up
RU
Tələbələrin təhsillə bağlı xaricə üz tutmasının səbəbləri NƏDİR?

Tələbələrin təhsillə bağlı xaricə üz tutmasının səbəbləri NƏDİR?

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Bugün Azərbaycanlı gənclərin xarici təhsil almasına marağı ildən-ilə artır. Bunun bir neçə səbəbi var. Birincisi xaricdəki yüksək səviyyəli universitetlərə meyl öz ixtisasına görə yerli universitetlərimizin deyil, xaricdə olan ali təhsil müəssisələrinin daha faydalı olması qənaəti, ikinci ümumiyyətlə xarici universitetlərin daha maraqlı gəlməsi, üçüncü və ən çox yayılmış variant isə yerli ali təhsil müəssisələrimizə qəbul ola bilməyib son nəticə kimi qonşu dövlətlərdən imtahansız və yaxud da ki yüksək nəticə tələb etməyən imtahanlardan keçərək orada oxumaqdır". Bu sözləri Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri SİA-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, bunlara əsasən Türkiyə, Rusiya, Ukrayna universitetləri aid edilir: "Əmin ola bilərsiniz ki, bizim xaricdə təhsil alan gənclərimizin 90-95 faizi dediyim üçüncü qrupa daxildir. Yəni biz xaricdə təhsil deyəndə, bundan bəh-bəhlə danışa bilmərik. Düzdü, nə gözəl ki bizdə dövlət tərəfindən təsdiqlənən xarici təhsil proqramı var, orada çox bacarıqlı və xüsusi savad intellektinə malik olan insanlar təhsil alırlar. Bu xarici təhsil hesab olunmalıdır. Amma onların sayı artıq o qədər azdır ki, bu bizdən hər il Türkiyəyə gedən tələbələrin sayının heç 1% i etmir. Sadəcə getsinlər oxusunlar, biz buna etiraz etmirik. Bunu demək doğru olmaz ki "X" adlı bir tələbə bizdən harasa universitetə düşə bilməyib yaxud da ki, hansısa özəl universitetləri bəyənməyərək Türkiyəyə oxumağa gedib. Təbii ki, o öz pulunu xərcləyir və onun yatırımcısı öz valideynləridir. Onun seçiminə qarışa bilmərik. Amma orada belə heç olmasa oxusunlar və oxuduqları universitetlərdə, təhsil aldıqları ixtisaslarda yaxşı kadr kimi özlərini formalaşdırsınlar. Bax bu göstərici zəifdir, məsələnin ən böyük problemli tərəfi budur. Biz təbii ki, uşağı danlaya bilmərik ki, sən niyə bizim dövlət imtahanımızın xətti ilə olan imtahanda uğur qazana bilmədin və buna görə Türkiyədə oxuyursan. O bunun şəxsi fikridir. Buna bizim hüquqi və mənəvi haqqımız çatmaz. Lakin digər tərəfdən ona mənəvi haqqımız çatar ki, minlərlə tələbədən onların hesabatını soruşaq ki, hər il Türkiyə, Rusiya, Ukrayna universitetlərindən bu qədər məzun gəlir. Onların müəyyən qədərinin diplomları qeydiyyatdan keçir təsdiqlənir, burada əmək bacarığındakı mövqeyi nə yerdədir? Bunun barədə yaxşı tədqiqat işi hazırlanmalıdır".

Həmçinin Elm və təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi qeyd edib ki, gənclərin xaricdə təhsil almalarına səbəb Azərbaycan Ali təhsil müəssisələrinə qəbul ola bilməmək ehtimalıdır: "Ali təhsil müəssisələrinə qəbul imtahanlarında 100 min tələbə iştirak edir, onlardan hər il plan yerinin dəyişimini nəzərə alaraq 55 min yaxud 60 min tələbə qəbul ola bilir. Müraciət edən tələbələrin içərisindən isə təxminən 30-40 mini Ali təhsil müəssisələrini qazana bilmir və nəticədə də qeyri-leqal üsullarla xarici ölkə universitetlərinə müraciət edirlər. Əsasən də attestatla qəbul həyata keçirilir. İstisna hallarda isə bunların arasında beynəlxalq sertifikatlara, leqal yolla qəbul olan tələbələrdə var, lakin onlar da çox az saydadır. Digər hansıki qarşılarına məqsəd qoyub xarici ali təhsil müəssisələrinə qəbul olmaq istəyən vətəndaşlarımız dövlət proqramlarına müraciət edirlər. Dövlət proqramları müxtəlif illərdə olub, sonuncu belə bir proqram isə 2022-2026-ci illəri əhatə edirdi və dövlət başçısının sərəncamı əsasında bura 2 ildə əlavə olundu. Yəni bu 2022-2028-ci illəri əhatə edəcək. Həmin dövrdə də magistratura, bakalavr və artıq son qərarla doktorantura pilləsində də xaricdə təhsil almağa imkan yaradılır".

Mütəxəssis bildirib ki, bu dövlət proqramına qoşulan insanlar daha çox xaricdə təhsil almağa maraqlı və istəklidirlər: "Başlıca səbəb də ondan ibarətdir ki, xaricdə daha keyfiyyətli təhsil alacaqlarını düşünürlər və təbii ki bu təhsillə təmində olunurlar. Biz ölkəmizdə Ali təhsil müəssisələrinə baxsaq barmaqla sayılacaq qədəri keyfiyyətli təhsil təqdim edə bilir. Qalanları isə o qədər də uğurlu təhsil verə bilmir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://sia.az
archiveBu xəbər 09 Yanvar 2025 16:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see219

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see217

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see195

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see178

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see175

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see171

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see170

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see170

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see170

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see169

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see165

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see156

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see151

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see147

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see146

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see144

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see143

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see142

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see142

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri