Icma.az
close
up
RU
TələbəPlus kartı ilə bağlı YENİLİK! Kolleclərə də veriləcək RƏSMİ

TələbəPlus kartı ilə bağlı YENİLİK! Kolleclərə də veriləcək RƏSMİ

Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.

Yeni tədris ilindən etibarən tələbələr üçün çoxfunksiyalı "TələbəPlus" kartı əlavə üstünlüklərlə istifadəyə veriləcək. Bu kart universitetə giriş-çıxış imkanı, təqaüd və debet kart funksiyasını yerinə yetirməklə yanaşı, tələbələrə endirim və keşbek imkanları da təqdim edir.

Təhsilin İnkişafı Fondunun mətbuat katibi Könül Abdulrəşidova BAKU.WS-ə açıqlamasında bildirib ki, layihəyə 350-dən çox yerli və xarici partnyor qoşulub. Kart sahibləri tədris müəssisələri, restoran, kafe, geyim, kitab və dəftərxana mağazaları, tibb müəssisələri, əyləncə məkanlarında müəyyən güzəştlərdən yararlana bilərlər.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə razılaşmaya əsasən, muzey, qalereya və sərgi salonlarında da tələbələr üçün xüsusi endirimlər nəzərdə tutulub. Habelə, 7 teatrda biletlərə 20% endirim tətbiq olunur.

Yeni tədris ilindən etibarən kartın əhatə dairəsinin genişləndirilməsi, həmçinin kollec və peşə təhsili pilləsində təhsil alan tələbələri də əhatə etməsi planlaşdırılır. Layihəyə qoşulma prosesi universitetlərin təşəbbüsü və texniki imkanları nəzərə alınmaqla davam etdiriləcək, yeni təhsil müəssisələrinin cəlb olunması gözlənilir. Məqsəd ölkə üzrə bütün ali təhsil müəssisələrində vahid tələbə kartının istifadəsini təmin etməkdir.

Şahanə Xankişiyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://baku.ws
archiveBu xəbər 03 Sentyabr 2025 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see363

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see303

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see301

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see301

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see296

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see277

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see277

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see277

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see262

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see258

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see256

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see255

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see251

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see250

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see249

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see244

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see242

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see232

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see228

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri