Icma.az
close
up
RU
TələbəPlus kartı ilə nəqliyyatda pulsuz gediş başlanıb? RƏSMİ CAVAB

TələbəPlus kartı ilə nəqliyyatda pulsuz gediş başlanıb? RƏSMİ CAVAB

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

TələbəPlus kartından metro və avtobuslarda istifadə olunduğuna dair görüntülər yayılıb. İddia olunur ki, bu kartlarla ictimai nəqliyyatdan 1 gediş pulsuz istifadə etmək olar.

Modern.az xəbərin həqiqəti əks etdirib-etdirmədiyinə dair məlumat əldə etmək üçün Təhsilin İnkişaf Fonduna sorğu ünvanlayıb.

Fondun mətbuat katibi Könül Abdulrəşidova bildirib ki, TələbəPlus kartı bank kartı statusuna malikdir və hazırda metro və avtobuslarda onun istifadəsi texniki cəhətdən mümkün deyil.

Qeyd edilib ki, bunun üçün yeni ödəniş aparatlarının quraşdırılması və kartların mövcud sistemlərə inteqrasiyası tələb olunur.

Fonddan verilən məlumata görə, TələbəPlus kartlarının ictimai nəqliyyatda istifadəsi və endirimlərin tətbiq olunması məsələsi prioritet istiqamətlərdən biri kimi müəyyən edilib. Bu məqsədlə aidiyyəti dövlət qurumları ilə danışıqlar aparılır, o cümlədən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə görüşlər davam etdirilir.

"Kartların ictimai nəqliyyat sisteminə inteqrasiyası həm texniki, həm də inzibati baxımdan çoxmərhələli və kompleks prosesdir. Bu istiqamətdə mərhələli yanaşma tətbiq olunur və Fond tərəfindən bütün zəruri addımlar ardıcıl şəkildə atılır. Fond olaraq ictimaiyyəti bu prosesin gedişi barədə mütəmadi olaraq məlumatlandıracağıq",-rəsmi açıqlamada bildirilib. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://modern.az
archiveBu xəbər 28 Oktyabr 2025 10:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see395

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see306

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see287

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see278

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see268

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see257

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see256

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see253

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see238

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see222

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see213

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see212

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see211

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see211

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see207

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see201

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri