Icma.az
close
up
RU
“TələbəPlus” kartı ilə siqaret və spirtli içki alına bilər? İddialara RƏSMİ CAVAB

“TələbəPlus” kartı ilə siqaret və spirtli içki alına bilər? İddialara RƏSMİ CAVAB

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Məlum olduğu kimi, "TələbəPlus" layihəsi çərçivəsində universitetlərdə vahid tələbə kartı tətbiq olunur.
Tələbələr onlara təqdim olunan kartdan həm debet bank kartı, həm təqaüd kartı, həm də universitetə giriş-çıxış üçün istifadə edirlər.
Bu kart vasitəsilə təhsilalanlar bir sıra imtiyazlardan yararlanırlar. Belə ki, bəzi geyim, parfümeriya, kitab dükanları, müəyyən kafe-restoranlar, əyləncə məkanlarında xüsusi endirimlər qazanırlar.
Bəzi tələbələrsə həmin kartdan siqaret və alkoqollu içki ala bilmədiklərini iddia edirlər. İddiaya görə, sözügedən məhsulların həmin kartla alışına məhduddiyət qoyulub.
Məsələ ilə bağlı Təhsilin İnkişafı Fondunun mətbuat katibi Könül Abdulrəşidova Bizim.Media-ya açıqlamasında bildirib ki, tələbə kartı ilə siqaret və ya spirtli içkilərin alınmasına dair hər hansı xüsusi məhdudiyyət tətbiq edilmir.
Onun sözlərinə görə, “TələbəPlus” kartı funksional baxımdan adi bank kartı kimi istifadə olunur və ödəniş əməliyyatları bank infrastrukturu üzərindən həyata keçirilir:
“Kartın gündəlik ödəniş imkanlarına məhdudiyyət tətbiq edilmir. Məhdudiyyət yalnız tələbələrə endirim təqdim edən tərəfdaş şirkətlərin seçimində nəzərə alınan meyarlara aiddir. Belə ki, tələbələrə endirim və güzəştlər təqdim edən partnyor şirkətlər müəyyən edilərkən sosial məsuliyyət prinsipləri əsas götürülür. Bu çərçivədə mərc oyunları təklif edən platformalar, eləcə də tələbə auditoriyası üçün məqsədəuyğun hesab edilməyən bəzi məhsul və xidmət sahələri tərəfdaşlıq siyahısına daxil edilmir.
Bir daha qeyd edirik ki, kartın ödəniş funksiyası ümumi bank kartı prinsipləri əsasında işləyir və konkret məhsul kateqoriyalarına görə ayrıca texniki bloklama tətbiq olunmur”.
Günay Şahmar, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:263
embedMənbə:https://bizim.media
archiveBu xəbər 17 Fevral 2026 14:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see360

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see340

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see333

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see282

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see278

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see268

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see252

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see243

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see243

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see240

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see235

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see229

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see225

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see218

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see210

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see209

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see207

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see206

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see204

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri