Icma.az
close
up
RU
Telefon ekranındakı cızıqlardan bu üsullarla xilas ola bilərsiniz

Telefon ekranındakı cızıqlardan bu üsullarla xilas ola bilərsiniz

Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ağıllı telefonlar artıq həyatımızın böyük bir hissəsini əhatə edir. Tez-tez istifadə edilən telefonların ekranında yaranan cızıqlar isə silinməz hesab edildiyinə görə narahatlıq yaradır.

Milli.Az xəbər verir ki, bəzi təbii üsullar vasitəsilə telefon ekranındakı cızıqlardan cəmi bir neçə dəqiqəyə xilas olmaq mümkündür:

Qarğıdalı nişastası: Qarğıdalı nişastası ilə suyu bərabər miqdarda qarışdıraraq qalın bir məhlul hazırlayın. Bu məhlulu mikrofiber parça ilə ekranın üzərinə dairəvi hərəkətlərlə tətbiq edin. Nişasta səthdəki incə cızıqları dolduraraq ekranın daha hamar görünməsini təmin edir. Sonda ekranı təmiz, quru bir parça ilə silin.

Zeytun yağı və ya kokos yağı: Təbii yağlar, xüsusilə nazik cızıqları müvəqqəti şəkildə dolduraraq ekranın daha parlaq görünməsinə kömək edir. Təmiz mikrofiber parçaya bir damla yağ damladın və ekranı yumşaq hərəkətlərlə silin. Artıq yağı quru bir bezlə mütləq təmizləyin. Bu üsul müvəqqəti parlaqlıq yaradır, lakin daimi effekt vermir.

Soda (natrium bikarbonat) və su: Soda ilə suyu qarışdıraraq məcun konsistensiyalı qarışım hazırlayın. Bu məhlulu yumşaq bir parça ilə cızıq olan hissəyə yüngülcə çəkin. Soda səthdəki xırda pürüzləri aradan qaldıraraq ekranın daha hamar görünməsini təmin edir. Bunu etdikdən sonra ekranı nəm parça ilə silin və tam qurudun.

Diş məcunu: Ağ və dənəsiz diş məcunu ekran üzərindəki mikro cızıqları doldurmağa kömək edir. Yumşaq mikrofiber parçaya noxud böyüklüyündə diş məcunu töküb, ekranı 1-2 dəqiqə ərzində dairəvi hərəkətlərlə yüngülcə silin. Ardınca nəm parça ilə təmizləyib quru parça ilə qurulayın. Bu üsul xırda səthi cızıqlarda müvəqqəti parlaqlıq yaradır.

Mina Mikayılova
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 07 Noyabr 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see187

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see165

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see159

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see159

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see152

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see148

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see144

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see143

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see141

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see136

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see136

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see135

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see135

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see135

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see134

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see134

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see134

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see134

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri