Icma.az
close
up
RU
Telefon ekranındakı yaşıl nöqtə nədir?

Telefon ekranındakı yaşıl nöqtə nədir?

Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Smartfonun ekranında görünən kiçik yaşıl nöqtə sadəcə işarə deyil. Bu göstərici tətbiqlərin kamera və ya mikrofondan istifadə etdiyini bildirir. Lakin onun yanması telefonun sındırıldığı və ya sahibinin izlənildiyi demək deyil.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, “CHIP.de” nəşri bu işarənin hansı hallarda diqqət tələb etdiyini açıqlayıb.

iPhone-da yaşıl nöqtə kameranın, yaxud kamera ilə mikrofonun birlikdə işlədiyini göstərir. Yalnız mikrofon istifadə olunanda isə narıncı işarə görünür. Android telefonlarında yaşıl göstərici kamera və ya mikrofonun aktiv olduğunu bildirir.

Foto və video çəkərkən, görüntülü danışarkən bu işarənin görünməsi normaldır. Ancaq həmin funksiyalardan istifadə etmədiyiniz halda nöqtə yanırsa, hansı tətbiqin buna səbəb olduğunu yoxlamaq lazımdır.

Bəzən tətbiq arxa planda kamera və ya mikrofondan istifadə edə bilər. Göstərici təkbaşına zərərli proqramın mövcudluğunu sübut etmir, amma gözlənilmədən görünməsinə laqeyd yanaşmaq da düzgün deyil.

Belə vəziyyətdə iPhone-da İdarəetmə Mərkəzini açaraq kamera və ya mikrofondan istifadə edən, yaxud yaxın vaxtlarda istifadə etmiş tətbiqi görmək mümkündür. Androiddə isə ekranın yuxarısından aşağı sürüşdürüb yaşıl göstəriciyə toxunmaqla hansı tətbiqin bu funksiyalara çıxışı olduğunu yoxlamaq olar.

Daha sonra həmin tətbiqə verilən icazələri nəzərdən keçirmək lazımdır. "iPhone"də bu icazələr “Parametrlər” bölməsindəki “Məxfilik və təhlükəsizlik” menyusundan idarə olunur. Androiddə menyuların adı modelə görə dəyişə bilər, lakin müvafiq seçimlər adətən məxfilik və tətbiq icazələri bölməsində yerləşir.

Tətbiqin işləməsi üçün kamera və ya mikrofon lazım deyilsə, həmin icazəni ləğv etmək olar. Tanımadığınız və istifadə etmədiyiniz tətbiqləri də yoxlamaq məqsədəuyğundur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://lent.az
archiveBu xəbər 11 Oktyabr 2026 19:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see941

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see413

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see323

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see236

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see228

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see227

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see220

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see209

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see204

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see197

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see195

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see193

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see191

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see189

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see186

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see185

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see180

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see178

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see175

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri