Icma.az
close
up
RU
Telefon manyaklığı PİK HƏDDƏ oğul ana qatili oldu...

Telefon manyaklığı PİK HƏDDƏ oğul ana qatili oldu...

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Artıq elə bir dövrdə yaşayırıq ki, bütün nizam qaydaları, mənəvi sərhədlər, min illik adət və ənənələr internet əsrində köhnəlmiş əşya kimi yoxa çıxarılıb. İş o yerə çatıb ki, cəmi 10-15 il bundan əvvəlki dəyərlər sistemini, ictimai qınaq qaydalararını bu gün çıraqla axtarırıq. Dünyanın inkişaf etmiş xalqları günümüzdəki texnologiya, internet yeniliklərindən inkişaf etmək, qabağa getmək üçün yararlanırlarsa, bizdə tam əksinədir. İnternet, Tik-tok əsrində İlon Masklar başqa planetlərdə yaşamaq üçün yollar axtarır, aya uçur, mənim cəmiyyətimdə isə hər gün bir ağıldankəm özünü “peyğəmbər”, “imam zaman” elan edir, bir başqa dələduz da cənnətə göndərmək adı ilə Azərbaycan cəmiyyətindəki xurafat şüurlu insanları aldadıb om minlərlə manat pullarını qamarlayır.

Təsəvvür edirsiniz, internet əsrində “cənnətə viza” komediyası, “axır zaman” biabırçılığı, bir qrup “dindarın” avam kütlədən istifadə edib qaz vurub qaza doldurması, Həcc ziyarəti üçün bir nəfərdən nə az nə çox, düz 10 min manat pulun alınması! Həcc, Kərbəla, Məşhəd adı ilə insanları aldadıb milyon qazanan “dindar” işbazlar cəmiyyətimizdə at oynadırlar. Din adı altında avam insanların aldadılıb soyulması desək daha düz çıxar. Sonra da Donald Tramp Səudiyyə Ərəbistanına, Qətər və Ərəb Əmirliklərinə gedib 3 trilyard dollarlıq “şapka” alır, üstəlik bu müsəlman ərəblər ona 400 milyon dollarlıq təyyarə hədiyyə edib Vaşinqtona yollayırlar.
Amma bu ərəblərdən o tayda, Qəzzada isə müsəlman körpələr bir kiloqram un, bir litr su üçün həyatlarını qurban verirlər. Bu da sənə “cənnət”!
Nə isə gələk əsas mövzuya. Mövzu da odur ki, artıq uşaq və yeniyetmələrimiz internet və mobil telefon xəstəliyinə tutulublar. Özü də dəhşətli dərəcədə! İş o həddə çatıb ki, artıq övladlar öz valideynlərini deyil, nəzarətsiz tik-tokdakı iyrənclikləri “seçir”, onları örnək götürür, bu azmış kimi ölümcül telefon manyakına çevrilirlər.
Bu yaxınlarda Xaçmaz rayonunda 17 yaşlı yeniyetmənin mobil telefonu ondan gizlədən anasına düz 17 bıçaq zərbəsi vurub öldürməsi bütün bu söylədiklərimə ən bariz sübutdur. Qonum-qonşunun son dərəcə tərbiyəli, sakit gənc kimi xarakterizə etdikləri bu yeniyetmənin ona telefon verməyən doğma anasına 17 bıçaqla zərbə endirib qətlə yetirməsi həm də cəmiyyətimizin acınacaqlı vəziyyətini ortaya çxıarır. İndi nəinki 17 yaş, həttda 2-3 yaşlı körpələri belə telefondan ayırmaq müşkül məsələyə çevrilib.

Bu gün Azərbaycanda heç bir texnologiya təyinatı üzrə istifadə olunmur. Görməmiş kimi, ən yeni çıxan mobil telefonlar alınıb uşaqlara verilir. Sanki bununla necə “önəmli valideyn olduqlarını” sübuta yetirirlər. Ən bahalı mobil telefon seriyaları ən kasıb, kirayədə qalan azərbaycanlının evində baş köşədədir. Niyə, nə məcburdur kasıb halınla “qonşudan geri qalma” yarışına girəsən? Axı mobil telefon uşaq və yeniyetmələr üçün deyil!
Diqqət edin, dünyanın ən inkişaf etmiş ölkələrində - bura İtaliya, İspaniya, ABŞ, Almaniya, Çexiya kimi ölkələr daxildir – bu ölkələrdə uşaq və yeniyetmələrin məktəblərdə mobil telefondan istifadəsi qadağan olunub, üstəlik 17 yaşdan aşağı şəxslərin sosial şəbəkələrə girişi mümkün deyil. Çünki bütün bunlar o ölkələrdə qanunla qadağan olunub. O ölkələr bu addımlarını sosial şəbəkə platformasının uşaq və yeniyetmələrin psixologiyasına və inkişafına ölümcül zərbə vurması ilə əsaslandırırlar. Dəlidirlər, yoxsa ağılları bizdən çox zəifdir?- qətiyyən! Onlar öz gələcəklərini düşünürlər. Amma bizdə necədir vəziyyət? Indi körpə uşaqlar da tik tok istifadəçisidir. Cinsi azlıqlardan tutmuş qatı cinayətkarlara, ləçər küçə qadınlarına qədər bütün bu sadaladıqlarım tərbiyə edir indiki azyaşlı nəsillərimizi. Yoxsa yalanmı deyirəm?
Bütün uşaqlar gün boyu sosial şəbəkədə eşələnirlər. Məsuliyyətsiz valideynlər də can rahatlığı üçün onları başdı-başına buraxır, heç nə olmayıbmış kimi həyatlarına davam edirlər. Heç cürə dərk etmirlər ki, öz övladlarını “əmanət” etdikləri Tik Tok, digər sosial şəbəkələr günümüzün gerçək QATİLİDİR! Övladlarınızı dövrümüzün qatili olan telefon-internet asılılığından indidən xilas edin. Çünki sabah daha çox gec olacaq, lap gec...

Mətləb Salahov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:189
embedMənbə:https://sia.az
archiveBu xəbər 07 İyul 2025 13:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see537

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see484

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see372

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see285

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see261

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see242

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see238

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see232

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see228

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see212

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see205

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see203

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see197

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see196

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see185

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see183

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see182

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see172

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri