Telefon üçün hansı daha yaxşıdır: Titan, yoxsa alüminium?
Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Smartfonlarda istifadə olunan korpus materialı yalnız cihazın görünüşünə deyil, onun çəkisinə, davamlılığına, istilik idarəetməsinə və qiymətinə də təsir edir. Hazırda xüsusilə flaqman modellərdə titan və alüminium çərçivələr geniş yayılıb. Hər iki materialın üstün və zəif tərəfləri var.
Demokrat.az xəbər verir ki, titan əsasən möhkəmliyi ilə seçilir. Bu material zərbələrə və cızılmalara qarşı alüminiumdan daha davamlı hesab olunur. Lakin titanın istilik keçirmə qabiliyyəti alüminium qədər yüksək deyil. Bundan başqa, onun çəkisi də nisbətən çoxdur.
Alüminiumun əsas üstünlüyü isə yüngüllüyüdür. Metal istiliyi daha yaxşı keçirdiyindən telefonun daxilində yaranan temperaturun korpus vasitəsilə xaricə ötürülməsinə kömək edir. Bununla belə, alüminium titanla müqayisədə daha yumşaq materialdır və zərbə, əyilmə və cızılmalara daha həssas ola bilər.
Material seçimi telefonun istehsal xərclərinə də təsir göstərir. Titanın əldə edilməsi və emalı daha mürəkkəb və bahalı olduğundan bu material əsasən premium cihazlarda istifadə olunur. Alüminium isə daha əlçatan və ucuz olduğuna görə müxtəlif qiymət kateqoriyalarında geniş yayılıb.
Son illərdə bəzi istehsalçıların titandan yenidən alüminiuma keçməsi də diqqət çəkir. Məsələn, "Apple iPhone 16 Pro" seriyasındakı titan çərçivədən "iPhone 17 Pro" modellərində alüminium konstruksiyaya keçib. Bununla yanaşı, şirkət müəyyən modellərində titandan istifadəni davam etdirir.
Beləliklə, seçim əsasən istifadəçinin prioritetlərindən asılıdır. Daha yüksək möhkəmlik və cızılmaya davamlılıq istəyənlər üçün titan, yüngüllük, istilik ötürülməsi və daha münasib qiymətə üstünlük verənlər üçün isə alüminium daha uyğun seçim ola bilər.
Jalə
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Bu mövzuda digər xəbərlər:İşləmək üçün hansı daha yaxşıdır?
14 Aprel 2026 12:23
Uzun, yoxsa qısa gəzinti: sağlamlığınız üçün hansı daha yaxşıdır?
29 Oktyabr 2025 21:15
İsti, yoxsa soyuq qəhvə: Hansı mədə üçün daha yaxşıdır?
08 Oktyabr 2026 15:37
Qış üçün hansı ətirlər daha yaxşıdır
17 Dekabr 2024 15:39
Batareyanı dəyişdirmək niyə yeni telefon almaqdan daha yaxşıdır? CAVAB
13 Mart 2026 15:04
Baxış sayı:128
Bu xəbər 19 Sentyabr 2026 14:28 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları