Icma.az
close
up
RU
Telefon və kompüter gözünüzü necə zədələyir? Mavi işığın təhlükələri

Telefon və kompüter gözünüzü necə zədələyir? Mavi işığın təhlükələri

Icma.az bildirir, Milli.az portalına istinadən.

Rəqəmsal texnologiyaların geniş yayılması ilə mavi işığa məruz qalma müddəti xeyli artıb. Telefon, kompüter, planşet və LED işıqlar həyatın ayrılmaz hissəsinə çevrilib.

Milli.Az xəbər verir ki, bu vəziyyət sağlamlığa təsir göstərir.

Göz xəstəlikləri üzrə türkiyəli mütəxəssis, professor Osman Şevki Arslan bildirib ki, mavi işığın göz sağlamlığına təsiri ilə bağlı tam dəqiq elmi nəticələr olmasa da, bu sahədə ciddi narahatlıqlar mövcuddur. Onun sözlərinə görə, problem təkcə mavi işıq deyil, həm də uzunmüddətli ekran istifadəsi, yanlış oturuş və baxış məsafəsinin düzgün seçilməməsidir:

"Rəqəmsal ekranlar yalnız mavi işıq yaymır, eyni zamanda uzun müddət istifadə edildikdə boyun və skelet sistemi üzərində də mənfi təsirlər yaradır. Ekrana baxma müddəti, məsafəsi və duruş forması sağlamlıq üçün ciddi risk faktorlarıdır".

Professor əlavə edib ki, mavi işıq insanın bioloji saatına da təsir göstərir. Günəş işığının melatonin hormonunu tənzimlədiyini xatırladan Arslan bildirib ki, gün ərzində bu hormonun azalması insanı oyaq saxlayır, axşam saatlarında isə artaraq yuxuya keçidi asanlaşdırır. Lakin gecə saatlarında ekranlardan yayılan mavi işıq bu prosesi pozaraq yuxu problemlərinə səbəb olur.

Qeyd edib ki, yuxu pozuntuları nəticəsində enerji səviyyəsi aşağı düşür, əhval-ruhiyyə pisləşir və zehni fəaliyyət zəifləyir.

"Orqanizm kifayət qədər istirahət edə bilmir və bu da ümumi sağlamlığa mənfi təsir göstərir", - deyə o vurğulayıb.

Həkim yuxudan ən azı 3-4 saat əvvəl telefon, kompüter və televiziya istifadəsinin dayandırılmasını tövsiyə edir. İzah edib ki, əgər gecə saat 23:00-00:00 aralığında yatmaq planlaşdırılırsa, ekran istifadəsini ən gec 21:00-22:00-da bitirmək lazımdır. Əks halda, insan təbii yuxuya keçə bilmir.

Eyni zamanda, uzun müddət ekrana yaxın məsafədən baxmağın gözlərdə yorğunluq yaratdığını deyən professor qeyd edib ki, kompüterdən istifadə zamanı optimal məsafə 40-60 santimetr olmalıdır.

Uşaqların bu təsirlərə daha həssas olduğunu bildirərək valideynlərə də müraciət edib. Söyləyib ki, 0-2 yaş arası uşaqların ekranlardan tam uzaq tutulması vacibdir. 2-5 yaş arası uşaqlar üçün isə gündəlik ekran vaxtı maksimum 40 dəqiqə ilə 1 saat arasında olmalıdır:

"Uşaqları ekranla sakitləşdirmək onların inkişafına mənfi təsir göstərir. Bu, diqqət dağınıqlığına, öyrənmə çətinliklərinə və fokuslanma problemlərinə səbəb ola bilər".

Mina Mikayılova
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:166
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 19 Mart 2026 12:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri