Telefonda iki Wi Fi işarəsi görünürsə, bu nə deməkdir?
Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.
Bəzi Android telefonlarının ekranında eyni vaxtda iki Wi-Fi işarəsi görünür: biri böyük, digəri isə kiçik. İstifadəçilərdə sual yaradan bu işarələr əksər hallarda nasazlıqla bağlı deyil.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, qoşa işarə “Dual Wi-Fi Acceleration” adlanan funksiyanın aktiv olduğunu göstərir.
“Dual-Channel Acceleration” adı ilə də tanınan bu imkan telefonun eyni vaxtda iki Wi-Fi bağlantısından istifadə etməsinə şərait yaradır. Məsələn, cihaz routerin 2,4 və 5 GHz tezlik diapazonlarına qoşula bilir.
Bu funksiya məlumatların daha sürətli ötürülməsinə və bağlantının daha sabit olmasına kömək edə bilər. Xüsusilə onlayn oyun oynayarkən, video izləyərkən və internetin kəsilmədən işləməsi vacib olan digər hallarda faydalıdır.
Lakin iki bağlantının eyni vaxtda işləməsi telefonun enerji sərfiyyatını artıra bilər. Nəticədə batareyanın enerjisi daha tez tükənə bilər.
Təxminən 2019-cu ildən Android telefonlarında görünməyə başlayan bu funksiya daha çox Çin istehsalçılarının modellərində yayılıb. Ona OnePlus, Xiaomi, Oppo, Vivo və Realme markalarının bəzi telefonlarında rast gəlmək mümkündür.
Bununla belə, telefonun bu funksiyanı dəstəkləməsi onun bütün tətbiqlərdə işləyəcəyi demək deyil. Bu, cihazın modelindən və proqram təminatından asılıdır.
Yəni ekranda ikinci Wi-Fi işarəsinin görünməsi adətən narahatlıq üçün səbəb deyil. Çox vaxt bu, telefonun daha sürətli və sabit internet bağlantısı yaratmaq üçün iki Wi-Fi bağlantısından istifadə etdiyini göstərir.
Baxış sayı:112
Bu xəbər 07 Oktyabr 2026 18:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















