Icma.az
close
up
RU
Telefondakı bu proqram hava proqnozundan daha dəqiq xəbər verir

Telefondakı bu proqram hava proqnozundan daha dəqiq xəbər verir

Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Smartfonlardakı barometrin dəqiqliyi cihaz modelindən asılıdır. Bəzi sensorlar daha həssas, digərləri isə nisbətən zəif işləyir. Buna baxmayaraq, düzgün istifadə edildikdə bu funksiya hava proqnozlarını bir çox tətbiqdən daha dəqiq göstərə bilər.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, müasir smartfonlar bir çox istifadəçinin mövcudluğundan belə xəbərsiz olduğu gizli sensorlarla təchiz olunur. Onlardan biri də barometrdir. Barometr atmosfer təzyiqini, yəni üzərinizdəki hava sütununun ağırlığını ölçür.

Meteoroloqlar yüz illərdir bu prinsipi tətbiq edirlər: təzyiqin artması adətən açıq və sabit havaya, azalması isə yağış, qar və ya fırtınaya işarə edir. Eyni yanaşma smartfonun içindəki miniatür sensor üçün də keçərlidir.

Son 10 ildə istehsal olunan Android cihazlarının əksəriyyətində daxili barometr mövcuddur. İstehsalçılar bu sensoru əsasən GPS naviqasiyasının dəqiqliyini artırmaq və hündürlüyü müəyyən etmək üçün əlavə ediblər. Məsələn, çoxmərtəbəli binalarda smartfon barometr vasitəsilə hansı mərtəbədə olduğunuzu təyin edə bilir. Bu funksiya fövqəladə hallarda xilasedici xidmətlər üçün də böyük əhəmiyyət daşıyır.

Barometr hava proqnozunu necə verir?

Hava tətbiqlərindən fərqli olaraq, smartfondakı barometr ümumi rayon üzrə deyil, məhz sizin olduğunuz nöqtədəki atmosfer təzyiqini real vaxtda ölçür. Bu isə internetə və kənar məlumat mənbələrinə ehtiyac olmadan, təzyiqdəki dəyişiklikləri birbaşa izləməyə imkan verir.

Smartfondakı rəqəmsal barometr klassik aneroid barometr kimi işləyir, lakin mexaniki elementlər əvəzinə elektron təzyiq sensorundan istifadə olunur. Sensor o qədər həssasdır ki, binanın mərtəbələri arasındakı təzyiq fərqini belə qeydə ala bilir. Bu da hava dəyişikliklərini asanlıqla müəyyən etməyə imkan yaradır.

Smartfonda barometri necə istifadə etməli?

Barometrdən yararlanmaq üçün xüsusi tətbiq quraşdırmaq lazımdır. Sensorların ümumi izlənməsi üçün Physics Toolbox kimi tətbiqlər mövcuddur. Lakin hava təhlili üçün barometrə fokuslanan proqramlar daha əlverişlidir.

Bu məqsədlə istifadə edilən tətbiqlərdən biri “Barometer+ Pressure Tracker” proqramıdır. Bu tətbiq reklam olmadan işləyir, oflayn rejimi dəstəkləyir və məlumatları birbaşa telefonun sensorundan oxuyur. İstifadəçi cari təzyiqi dairəvi indikator üzərində görə, ölçü vahidlərini isə özünə uyğun seçə bilir: hPa, mmHg, PSI, inHg və ya kPa.

Hava proqnozu baxımından əsas göstərici konkret rəqəm deyil, təzyiqin dəyişmə dinamikasıdır: təzyiq yüksəlirsə, hava şəraitinin yaxşılaşması gözlənilir; təzyiq düşürsə, yağıntı və ya fırtına ehtimalı artır.

Tətbiq 6 saatdan 30 günə qədər olan dövrlər üzrə təzyiq qrafiklərini göstərir ki, bu da tendensiyaları asanlıqla aşkar etməyə imkan verir. Eyni zamanda 5–30 dəqiqəlik intervallarla fon monitorinqi və təzyiqin kəskin enməsi zamanı bildiriş sistemi mövcuddur.

Məsələn, səhər saatlarında təzyiqin sürətlə azalması, rəsmi hava xəbərdarlıqlarından xeyli əvvəl havanın dəyişəcəyinə dair siqnal verə bilər. İstifadəçi bildirişlərin həssaslığını da tənzimləyə bilir ki, yalnız əhəmiyyətli dəyişikliklər barədə xəbər alsın.

Məlumat üçün qeyd edək ki, dəniz səviyyəsində normal atmosfer təzyiqi təxminən 1013,25 hPa təşkil edir. Əksər hava dəyişiklikləri 980–1040 hPa aralığında baş verir. Bir neçə saat ərzində 4–6 hPa-lıq enmə adətən pis hava şəraitinin yaxınlaşdığını göstərir.

Ekspertlər bildirirlər ki, barometrin dəqiqliyi smartfon modelindən asılıdır. Bir çox tətbiq kalibrləmə funksiyasını dəstəkləyir ki, bu da zamanla ölçmələrin dəqiqliyini artırır. Bundan əlavə, əgər Wear OS əsaslı ağıllı saatınızda da təzyiq sensoru varsa, həmin məlumatlardan da istifadə etmək mümkündür.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://lent.az
archiveBu xəbər 13 Fevral 2026 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see300

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see300

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see279

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see275

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see264

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see261

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see253

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see247

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see240

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see236

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see234

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see234

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see232

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see218

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see217

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see213

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see208

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see208

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see200

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri