Icma.az
close
up
RU
Menu

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

“Eyni tempdə davam edirik” Rui Jorje

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

İraola: “Belə bir şey baş verməməlidir”

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

Telefondakı bu funksiyanı deaktiv edin Bütün məlumatları sızdırır

Telefondakı bu funksiyanı deaktiv edin Bütün məlumatları sızdırır

Icma.az, Metbuat portalına istinadən məlumat yayır.

"Apple"ın "AirPlay" sistemində kritiki təhlükəsizlik boşluqları aşkarlanıb.

Metbuat.az DailyMail-ə istinadən xəbər verir ki, kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən "Oligo Security" komandası "Apple" cihazlarının simsiz qoşulma funksiyası olan "AirPlay" sistemində ciddi təhlükəsizlik boşluqları aşkarlayıb. Aşkar edilən bu boşluqlar hakerlərə eyni "Wi-Fi" şəbəkəsinə qoşulmuş bütün cihazlara sızmaq imkanı verir.

Komanda "AirPlay" sistemində ümumilikdə 23 boşluq müəyyən edib və onların bəzilərini "son dərəcə təhlükəli" kimi qiymətləndirib. Ən ciddi iki boşluq, hakerlərin "iPhone"u istifadə edərək zərərli proqramların yayılmasını təmin etməsinə və bu proqramların eyni şəbəkədəki digər cihazlara ötürülməsinə şərait yaradır. Bu hücumlar “AirBorne” adlandırılıb — ad simsiz yayılma və hücumların sürətlə yayılma potensialına işarə edir.

Mütəxəssislər bildirir ki, bu zəifliklər vasitəsilə hakerlər zərərli kodlar işlədə, şəxsi məlumatları oğurlaya, cihazları sındıra və istifadəçilərin söhbətlərini dinləyə bilərlər. AirPlay funksiyası aktiv olduqda, istifadəçi onu aktiv şəkildə istifadə etməsə belə, cihazlar siqnallar yaymağa davam edir və bu da təcavüzkarlar üçün arxa qapı rolunu oynaya bilər.

"Apple" bu zəifliklərlə bağlı xəbərdarlıq aldıqdan sonra 31 mart 2025-ci il tarixində "iPhone", "iPad", "Mac" və "Apple Vision Pro" cihazları üçün təhlükəsizlik yeniləməsi yayımlayıb. Şirkət hücumların yalnız eyni Wi-Fi şəbəkəsi daxilində mümkün olduğunu bildirərək istifadəçiləri panikaya düşməməyə çağırıb.

Bununla belə, "Oligo Security"nin qurucularından biri Barak Elbaz, xüsusilə "AirPlay" dəstəyi olan üçüncü tərəf cihazlarının risk altında ola biləcəyini vurğulayıb: “Əgər bu cihazlar kifayət qədər tez yenilənməsə, illərlə həssas qala bilərlər” – deyə o bildirib.

Şirkət bu boşluqları 2024-cü ilin payızında "Apple"a təqdim edib və "Apple" məsələni ciddi qəbul edərək boşluqları aradan qaldırmaq üçün mütəxəssislərlə birlikdə işləyib. Lakin təhlükəsizlik mütəxəssisləri istifadəçilərə cihazlarını daim güncəldə saxlamağı və ehtiyac olmadığı halda AirPlay funksiyasını deaktiv etməyi tövsiyə edir.

Həmçinin "AirPlay" dəstəyi olan üçüncü tərəf cihazlarının istehsalçıları tərəfindən yayımlanan son təhlükəsizlik yeniləmələrinin yoxlanılması tövsiyə olunur.

"Apple"ın verdiyi məlumata görə, 2025-ci ilin yanvar ayı etibarilə dünyada 2,35 milyarddan çox aktiv Apple cihazı mövcuddur. Bu cihazların hamısı risk altında olmasa da, mütəxəssislər kibertəhlükələrə qarşı görülən tədbirlərin vacibliyini bir daha xatırladırlar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:354
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 05 May 2025 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see352

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see333

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see313

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see307

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see305

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see297

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see288

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see272

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see272

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see257

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see251

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see242

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see233

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see229

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see228

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see226

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see222

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see217

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see214

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri