Telefondakı bu proqramlar kartlardakı vəsaiti ələ keçirir
Metbuat portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Android smartfonuna virus daşıyıcısı olan "crack" proqramlar yükləyənlərdə Birbank tətbiqi bloklanır. Buna səbəb "WhatsApp+", başqalarının bağlı profillərinə baxmaq üçün əlavələr və pullu xidmətləri pulsuz təqdim edən "apk" fayllardır. Belə fayllar cihazlarda arxa planda cəsusluq edirlər.
Metbuat.az xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas məlumat verib.
O bildirib ki, bu proqramlar vasitəsilə cihaza yoluxdurulmuş zərərli fayllar bank tətbiqlərinin məlumatlarını götürür və nəticədə vəsait oğurlanır.
"Ona görə də smartfonuna bu kimi tətbiqləri yükləyənlərin Birbank hesabı, onların bank hesablarının qorunması məqsədi ilə bloklanır.
Vətəndaşlardan bir daha xahiş olunur ki, bu mövzuda məsuliyyətli davransınlar və Android ekosisteminə kənar tətbiqləri yükləməkdən çəkinsinlər. Bu onları birbaşa təhlükəyə atır. Xüsusilə də evdə uşaqların "crack" oyunlar yüklədiyi çox sayda cihaz var. Diqqətli olaq ki, hesablarımızda olan vəsaitləri qurban verməyək. Bu çox ciddi və yayğın məsələdir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 25 Aprel 2025 14:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















