Icma.az
close
up
RU
Telefonlar bizi məhv edir Onurğa xəstəliklərinə qədər...

Telefonlar bizi məhv edir Onurğa xəstəliklərinə qədər...

Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.

Rəqəmsal cihazlardan uzun müddət istifadə təkcə zehni yorğunluğa səbəb olmur. Mütəxəssislər bildirirlər ki, smartfon və digər elektron cihazların həddindən artıq istifadəsi görmə qabiliyyətindən tutmuş onurğa sağlamlığına, əzələ gücünə və motor bacarıqlarına qədər bir çox sahəyə mənfi təsir göstərə bilər.

Lent.az xəbər verir ki, b u barədə BBC  məlumat yayıb.

Araşdırmalara görə, ekran qarşısında uzun saatlar keçirmək zamanla bədəndə fiziki dəyişikliklər yarada bilər. Bunlara boyun və bel ağrıları, duruş pozğunluğu, əzələ zəifliyi, görmə problemləri, dəridə dəyişikliklər və əl hərəkətlərinin zəifləməsi daxildir. Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu problemlərin bir hissəsi gələcəkdə daha ciddi sağlamlıq fəsadlarına səbəb ola bilər.

Açıq havada olmaq yaxıngörməni azalda bilər

Son illər yaxıngörmə (miyopiya) halları bütün dünyada sürətlə artır. ABŞ-ın Ohayo Dövlət Universitetinin optometriya professoru Donald Mutti bildirib ki, uzunmüddətli araşdırmalar zamanı telefon və digər yaxın məsafədən baxılan ekranların miyopiyanın əsas səbəbi olmadığı müəyyən edilib.

Lakin tədqiqat başqa vacib nəticə ortaya çıxarıb. Açıq havada daha çox vaxt keçirmək gözlərin sağlam inkişafına müsbət təsir göstərir. Günəş işığı tor qişada dopamin ifrazını artırır və bu da gözün inkişaf prosesinə müsbət təsir edə bilər.

Professorun sözlərinə görə, müasir texnologiyalar insanların günün böyük hissəsini qapalı məkanlarda keçirməsinə səbəb olur. Bu baxımdan cihazlardan istifadə dolayı yolla görmə problemlərinin artmasına təsir göstərə bilər.

"Texnologiya boynu" nədir?

Telefon istifadə edən insanların əksəriyyəti ekrana baxmaq üçün başını irəli əyir. Mütəxəssislərin hesablamalarına görə, bu vəziyyətdə boyuna düşən yük 27 kiloqrama qədər arta bilər.

Uzun müddət davam edən bu vəziyyət onurğa disklərinin zədələnməsinə, boyun və kürək əzələlərinin zəifləməsinə, oynaqlarda problemlərə və hətta ağciyərlərin fəaliyyətinin zəifləməsinə səbəb ola bilər. Bu problem artıq "texnologiya boynu" adı ilə tanınır.

Həkimlər ekranın göz səviyyəsində yerləşdirilməsini və telefona mümkün qədər aşağıdan baxmamağı tövsiyə edirlər. Telefon və ya monitor ideal olaraq üzdən təxminən bir qol məsafəsində olmalıdır. Mütəxəssislər həmçinin ekran qarşısında işləyən insanlara mütəmadi fasilələr verməyi məsləhət görürlər.

Boyunda qırışlar yarana bilərmi?

Dermatoloq Castin Hekstall bildirir ki, boynun daim əyilmiş vəziyyətdə qalması nəzəri baxımdan qırışların yaranmasına səbəb ola bilər. Lakin bunu təsdiqləyən kifayət qədər elmi araşdırma hələ mövcud deyil.

Mütəxəssis yalnız "texnologiya boynu" üçün reklam edilən xüsusi kosmetik məhsullara inanmağın düzgün olmadığını vurğulayır.

Smart saatlardan istifadə dəriyə təsir edə bilər

Həkimlərin sözlərinə görə, smart saatın uzun müddət çıxarılmadan istifadə olunması dəridə göbələk, qıcıqlanma və hətta ekzema riskini artıra bilər.

Saatın altında qalan isti və nəm mühit mikroorqanizmlərin çoxalması üçün əlverişli şərait yaradır. Bundan başqa, saatlarda istifadə olunan nikel, rezin, lateks və digər materiallar bəzi insanlarda allergik reaksiyalara səbəb ola bilər.

Mütəxəssislər smart saatı vaxtaşırı çıxarmağı, dərini təmiz saxlamağı və ehtiyac olduqda qoruyucu kremdən istifadə etməyi tövsiyə edirlər.

Əl sıxma gücünün azalması narahatlıq yaradır

Son araşdırmalar göstərir ki, əl sıxma gücü insanın ümumi sağlamlığının mühüm göstəricilərindən biridir. Hətta bəzi tədqiqatlarda bu göstəricinin erkən ölüm riskini qan təzyiqindən daha yaxşı proqnozlaşdıra bildiyi qeyd olunur.

Almaniyanın Lausitz Tibb Universitetinin professoru Yohannes Beller hesab edir ki, gənclər arasında əl gücünün zəifləməsi oturaq həyat tərzi və kompüter qarşısında uzun müddət işləmə ilə əlaqəli ola bilər.

Mütəxəssislər əzələ gücünü qorumaq üçün müntəzəm idman etməyi və fiziki aktivliyi artırmağı tövsiyə edirlər.

Motor bacarıqları da zəifləyə bilər

Regensburq Universitetinin inkişaf psixologiyası professoru Sebastian Suqqate bildirir ki, texnologiya insanları ekranda toxunma və sürüşdürmə kimi hərəkətlərdə daha çevik etsə də, ümumi motor bacarıqlarının inkişafına mənfi təsir göstərə bilər.

Xüsusilə uşaqlar arasında ekran qarşısında keçirilən vaxtın artması əl bacarıqlarının zəifləməsi ilə əlaqələndirilir. Bu isə gələcəkdə onların idrak və təhsil göstəricilərinə də təsir edə bilər.

Mütəxəssislər ekranlardan tamamilə imtina etməyi deyil, gündəlik həyata daha çox fiziki fəaliyyət və əl bacarığı tələb edən məşğələlər daxil etməyi məsləhət görürlər. Yemək hazırlamaq, rəsm çəkmək, əl işləri ilə məşğul olmaq, musiqi alətində ifa etmək və ya əllə yazı yazmaq həm uşaqlar, həm də böyüklər üçün faydalı hesab olunur.

Alimlər vurğulayırlar ki, bu dəyişikliklər hər bir fərddə böyük görünməsə də, uzun illər ərzində cəmiyyət miqyasında ciddi nəticələrə səbəb ola bilər. Buna görə də texnologiyadan istifadə ilə fiziki aktivlik arasında balansın qorunması sağlam həyat tərzi üçün mühüm əhəmiyyət daşıyır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://lent.az
archiveBu xəbər 10 İyul 2026 12:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see767

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see595

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see332

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see283

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see280

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see268

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see249

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see245

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see228

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see227

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see214

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see212

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see208

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see203

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see203

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see201

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see192

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see191

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see190

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri