Telefonunu xilas etmək istəyərkən öldü
Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.
Diyarbəkirdə bir evdə sobada baş verən yanğın 15 yaşlı Erman Çiftçinin ölümünə səbəb olub.
Sherg.az xəbər verir ki, yanğın dünən səhər saatlarında Çüngüş mahalının Geçit məhəlləsindəki bir evdə baş verib.
Sobadan çıxan qığılcımların ətrafa yayılması nəticəsində yanğın baş verib.
Xəbər verildikdən sonra hadisə yerinə yanğınsöndürmə briqadası və tibb qrupları sövq edilib.
Bu vaxt Anadolu Liseyinin 2-ci sinif şagirdi Erman Çiftçi içəridə unutduğu telefonunu almaq üçün evə girib və çölə çıxa bilməyib.
Yanğın nəzarətə götürülüb və söndürülüb. Hərəkətsiz vəziyyətdə çıxarılan Ermanın həyatını itirdiyi müəyyən edilib.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

15 yaşlı oğlanın acı ölümü: Telefonunu xilas etmək istəyərkən...
05 Noyabr 2024 12:40
Qızımın telefonunu, yazdıqlarını yoxlayırdım
01 İyul 2025 14:45
Azyaşlının telefonunu talayıb qaçdı KONKRET
01 Avqust 2025 12:14
Məleykə Əsədova xaricdə telefonunu itirdi
11 Sentyabr 2025 15:59

