Icma.az
close
up
RU
Tələsik imzalanan strateji tərəfdaşlıq sazişi Ermənistan xalqına ürəkaçan perspektivlər vəd etmir

Tələsik imzalanan strateji tərəfdaşlıq sazişi Ermənistan xalqına ürəkaçan perspektivlər vəd etmir

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ermənistanın düşünülməmiş addımının məhsulu olan ABŞ ilə strateji tərəfdaşlıq sazişi Cənubi Qafqazı ciddi təhlükə ilə üz-üzə qoya bilər. Son vaxtlar münasibətlərini çözə bilməyən böyük güclər üçün yeni qarşıdurma cəbhəsinin regionumuzda açılma təhlükəsi var.

Bayden hökumətinin son günlərində Ermənistanla imzaladığı strateji münasibətlərə dair saziş İrəvan üçün təhlükəsizlik qarantı olmaqdan daha çox "ayı xidməti" göstərəcək. ABŞ-nin bu addımı demokratlar administrasiyasında ənənəvi oyunçular olan Rusiya və İranla gərgin münasibətlər fonunda bölgədə möhkəmlənmək cəhdi ilğımı yarada bilər. Ancaq fizikanın təsir əks-təsirə bərabərdir qanunu geosiyasətdə də keçərlidir: Rusiyanın onillər boyu "oylağ"ı olmuş Ermənistanı asanlıqla güzəştə gedəcəyini gözləmək əbəsdir. Üstəlik, unudulmamalıdır ki, Blinken-Mirzoyan sazişinin yanvarın 20-də səlahiyyətlərinə başlayacaq Donald Tramp hakimiyyəti üçün sadəcə geosiyasi ballast olma ehtimalı da az deyil...

Ermənistan kimi kiçik, siyasi alətləri və iqtisadi resursları kasad olan ölkələrin belə addımları uşağın odla oynamasını xatırladır. Son dörd il ərzində İrəvanın Cənubi Qafqaz üçün tamamilə yad ünsür olan Fransa ilə limiti aşmış münasibətlərinin hansı regional gərginliyə səbəb olduğu da göz önündədir.

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

İflasa uğrayan fransız məsuliyyəti

ABŞ-Ermənistan razılaşması fonunda İrəvanın Parislə təhlükəli flirtinin üzərində dayanmağımız təsadüfi deyil. Əgər Paşinyan hökuməti özünə sanballı himayədar axtarırsa, onu regiondan çox-çox uzaqlarda tapırsa, bu halda öz problemlərini həll etmək niyyəti ilə yanaşı, bu coğrafiyanın tarixi aktorlarını da öz üzərinə qaldırmış olur. Bu azmış kimi, belə təmaslar bütün region üçün neqativ rol oynayır. Çünki Fransanın Ermənistanla mübhəm münasibətləri onun İrəvana arxa durmaq niyyətindən daha çox Cənubi Qafqazda möhkəmlənmək istəyinin göstəricisidir. Makron hakimiyyəti illərində Parisin hər hansı belə addımının müsbət nəticələrə səbəb olduğunu iddia etmək isə olduqca çətindir.

Trampın gündəmində olmayan Ermənistan

Tramp administrasiyasının İrəvanla imzalanmış sənədə xüsusi önəm verəcəyi barədə ümidlər dumanlı görünür. ABŞ-nin yeni prezidenti xarici siyasət prioritetlərini artıq elan edib və onun gündəmində çox güman ki, Ermənistan kimi dövlət, "erməni problemləri" kimi hədəf yoxdur. Bununla belə, Blinken-Mirzoyan anlaşmasının ən azı bir fatal fəsadı qaçılmazdır: bölgəmizdə siyasi, enerji və logistik maraqları olan Vaşinqtonun Moskva ilə münasibətlərinin çəpləşəcəyi daha bir region Cənubi Qafqaz ola bilər. Bölgənin güc qütblərinin çəkişmə arenasına çevrilmə ehtimalı region təmsilçiləri üçün təhlükəli tendensiyadır. Hər zaman müstəqil siyasət yürüdən Azərbaycanla yanaşı, milli maraqlarına görə Qərblə münasibətləri pisləşən Gürcüstanın da bu ssenaridən əziyyət çəkə biləcəyi istisna deyil. Bakı ilə yanaşı, Tbilisi də bölgənin qatıldığı qlobal transmilli layihələrin aktiv iştirakçısıdır. Ənənəvi enerji daşıyıcılarının Qərbə tranziti prosesində Gürcüstanın vacib rolu danılmazdır. Tbilisi hazırda aktual olan Orta dəhliz kimi qlobal logistik layihədə, habelə Azərbaycanın bərpaolunan enerji ehtiyatlarının Avropa bazarlarına daşınması prosesində də həlledici bəndlərdən biri kimi çıxış edir. Belə bir reallıqda Paşinyan Ermənistanı bölgənin çiçəklənməsinə xidmət edən layihələrin iştirakçısı etməkdənsə, region üçün təhlükəli çağırışların önündə getmək yolunu seçib.

ABŞ hərbçiləri ilə üz-üzə qalacaq İran

Bu il Ermənistanın Rusiya ilə ticarət dövriyyəsi 11 milyard dollara çatıb. Son bir il ərzində bu statistika rəsmən üç dəfə artıb. Bu rəqəmin nəyin hesabına "şişməsi" hamıya məlumdur. Ancaq mənbəyindən asılı olmayaraq, bu artım Ermənistan büdcəsində və sıravi erməninin rifahında özünü göstərir. İrəvanın ABŞ və ya Parislə bu müstəvidə öyünəcəyi heç nəyi yoxdur. Fransa ilə dövriyyə 200 milyon dollara çatmır. ABŞ ilə də bir o qədər. Ermənistanın ixrac əməliyyatlarının 70-80 faizi Rusiya və MDB dövlətləri ilə ticarətin üzərinə düşür. Rusiya mavi yanacağı Ermənistana dünya qiymətlərindən azı üç dəfə ucuz satır. İrəvanın Vaşinqtonla strateji tərəfdaşlıq sazişinə reaksiya olaraq, Moskvanın bu amillərdən Paşinyana qarşı təzyiq rıçaqı kimi istifadə edəcəyi şübhəsizdir.

Rusiyanın hərbi bazası ən azı 2040-cı ilədək Ermənistandadır. Moskva dəfələrlə bəyan edib ki, hərbi dayağını ləğv etmək niyyətində deyil. Paşinyan isə ABŞ ilə hərbi niyyətli saziş imzalayır, sərhədlərini də faktiki olaraq amerikalı hərbçilərə həvalə edir. Bunun Rusiya ilə yanaşı, İranda hansı narahatlıq doğurduğunu təsəvvür və ehtimal etmək çətin deyil. Tehrandan hadisələrin səssizlik rejimində müşahidə olunması aldadıcı rəy yaratmamalıdır. Zəngəzuru özünün "qırmızı cizgi"si sayan, orada konsulluq açan, Ermənistanı Avropaya nəfəslik qismində görən İranın yük avtomobillərinin sərhəd-keçid məntəqəsində amerikalı hərbi təlimatçıların sərt baxışları altında keçmə səhnəsini görmək iranlı məmurlar üçün xoş olmayacaq mənzərədir...

İran-ABŞ gərginliyi mövzusunu bir qədər də dərinləşdirsək, Vaşinqtonun Ermənistandakı mövcudluğu Tehran ətrafındakı basqı dairəsinin daha da darlaşması deməkdir. İran belə demək mümkündürsə, Azərbaycan və Türkiyədən savayı hər tərəfdən düşmənlə əhatələnmiş duruma düşür. 2020-ci ildən bu yana "kənar hərbi mövcudluq qəbuledilməzdir" deyib duran, az qala hər ay Azərbaycanla sərhəddə hərbi təlimlər keçirən İran "qırmızı cizgi"si saydığı Zəngəzurda Amerika hərbçiləri ilə üz-üzə qalmaq astanasındadır.

Ermənistanının düşünülməmiş addımının məhsulu olan tələsik strateji tərəfdaşlıq sazişi Cənubi Qafqaz bölgəsini ciddi təhlükə ilə üz-üzə qoya bilər. Üç ildir Ukraynada münasibətlərini çözə bilməyən böyük güclər üçün yeni qarşıdurma cəbhəsinin regionumuzda açılma təhlükəsi yerli xalqlara, əsasən də erməni xalqına ürəkaçan perspektivlər vəd edə bilməz.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://oxu.az
archiveBu xəbər 18 Yanvar 2025 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see348

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see288

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see236

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see235

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see196

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see192

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see180

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see178

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see177

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see174

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see161

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see157

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see157

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see156

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see151

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see148

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see147

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see140

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see137

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri