Icma.az
close
up
RU
Televiziyaların məhv etdiyi ailə dəyərləri: Gənclər üçün boşanma artıq ‘normal’ görünür

Televiziyaların məhv etdiyi ailə dəyərləri: Gənclər üçün boşanma artıq ‘normal’ görünür

Azxeber.com saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Son dövrlər televiziya proqramlarında ər-arvad münasibətləri və ailədaxili münaqişələrin geniş şəkildə nümayiş etdirilməsi, eləcə də boşanma hallarının açıq formada müzakirə olunması cəmiyyətdə müxtəlif reaksiyalara səbəb olub. Mütəxəssislər bildirirlər ki, bu cür yayımlar ailə institutunun dəyərlərinə mənfi təsir göstərir və gənclər arasında boşanmanı "adi hal” kimi təqdim edir.

Psixoloq Nabat Mirzəyeva AZXEBER.COM-a açıqlamasında bildirib ki, televiziyada yayımlanan hər bir veriliş gənclərdə və uşaqlarda dərin psixoloji təsir yaradır:

"Televiziyada yayımlanan ailə və münasibət mövzulu verilişlər ifrat dərəcədə qışqırıq, hay-küy və çirkin formada təqdim olunanda uşaqların və gənclərin düşüncəsində belə fikir formalaşır ki, bu cür vəziyyətlər normaldır. Onlar düşünürlər ki, əgər bu, televiziyada göstərilirsə, demək bu, həyatın adi bir hissəsidir. Beləcə, yanlış təbliğat doğru kimi qəbul olunmağa başlayır.”

Psixoloq qeyd edib ki, sevgi və münasibətlərin ucuz formada təqdim olunması ailə dəyərlərinin dəyərdən düşməsinə səbəb olur:

"Münasibətlərdə səbir, təmkin, anlayış, qarşılıqlı diqqət və sevgi ucuz şəkildə təqdim edildikdə bu, ailə anlayışını mənasızlaşdırır. Gənclər düşünür ki, ailə qurmağa dəyməz. Biz fərqinə varmadan bu düşüncə şüuraltı şəkildə formalaşır.”

Ekspertin sözlərinə görə, boşanmanın təbliği müəyyən mənada azadlıq baxımından müsbət sayılsa da, bu hal gəncləri ani hisslərə yönəldir:

"Gənclər ailə qurur, bir neçə ay və ya il birlikdə yaşayır, sonra münasibət alınmadıqda rahatlıqla ayrılırlar. Bu, onlarda belə fikir formalaşdırır ki, ailə istənilən vaxt tərk edilə bilən bir yerdir.”

Nabat Mirzəyeva əlavə edib ki, bu cür yayımlar nəticəsində boşanma halları cəmiyyətdə "adi hadisə” kimi görünməyə başlayır:

"Televiziyada evliliklərin pozulma səbəbləri bəzən çox bəsit olur. Gənclər bunu gördükdə boşanmanı da normallaşdırır. Halbuki bu, çox ciddi məsələdir. Dərin bağlara, emosional bağlılığa yönəlmək əvəzinə insanlar daha çox dağıtmağa meyllənirlər.”

Psixoloq vurğulayıb ki, televiziya təkcə əyləncə vasitəsi deyil, həm də sosial dəyərlərin formalaşdığı bir məkandır:

"Televiziya cəmiyyətə dəyərləri aşılamaq gücünə malikdir. Əgər gənclər və uşaqlar televiziyada zorakılıqla təqdim olunan münasibətləri görürsə, onlarda "ailə” anlayışı təhlükəsiz və sevgi dolu yer kimi yox, qorxulu və gərgin mühit kimi formalaşır. Əlbəttə, sosial məsələlər televiziyada müzakirə olunmalıdır, amma nə qədər zorakılıq göstərilirsə, bir o qədər də ailənin gözəl tərəfləri göstərilməlidir. Tamaşaçıya izah olunmalıdır ki, ailə – bu deyil.”

Şahanə Ziyad

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:126
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 16 Oktyabr 2025 14:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see164

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see158

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see153

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see140

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see137

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri