Icma.az
close
up
RU
Respublika Gənclər Kitabxanasında ailə dəyərləri təbliğ olunub

Respublika Gənclər Kitabxanasında ailə dəyərləri təbliğ olunub

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 7 may, AZƏRTAC

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında ailə münasibətlərinin möhkəmlənməsinə o cümlədən ailələrin, xüsusilə uşaqların asudə vaxtının təşkilinə dair fəaliyyətin genişləndirilməsi məqsədilə “Sevgi, hörmət və anlaşma: ailə formulu” mövzusunda tədbir təşkil edilib.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbirdə “Duyma” Uşaq İnkişaf Mərkəzinin psixoloqu Aygün Hüseynova, hüquqşünas - mediator Zaur Quliyev, klinik psixoloq Heyran İbrahimli, “Restart” Rebilitasiya Mərkəzinin əməkdaşı Tağı Abbaszadə, loqoped Günel Nağıyeva və tələbə-gənclər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Aslan Cəfərov ailənin cəmiyyətin təməl sütunu olduğunu vurğulayaraq sağlam və xoşbəxt cəmiyyətin formalaşmasının məhz sağlam ailələrdən başladığını bildirib. Azərbaycan ailəsinin əsrlər boyu milli-mənəvi dəyərlər üzərində qurulduğunu, bu dəyərlərin təməlində isə sevgi, qarşılıqlı hörmət, sədaqət və anlaşma hisslərinin dayandığını vurğulayaraq, müasir dövrdə texnologiyanın və sosial dəyişikliklərin təsiri ilə ailə münasibətlərində müəyyən çətinliklərin yarandığını bildirib. Bu cür maarifləndirici tədbirlərin keçirilməsinin gənclərin ailə institutuna daha məsuliyyətli yanaşmasına və milli-mənəvi dəyərlərin təbliğinə mühüm töhfə verdiyini söyləyib.

Psixoloq Aygün Hüseynova ailə münasibətlərinin psixoloji əsasları, ailədaxili emosional mühitin formalaşdırılması, düzgün ünsiyyət vərdişlərinin inkişaf etdirilməsi və münaqişələrin konstruktiv şəkildə həll olunması mexanizmləri haqqında geniş məlumat verib. Bildirib ki, ailə münasibətlərinin möhkəmliyi və davamlılığı bir sıra mühüm psixoloji amillərin düzgün şəkildə qurulmasından asılıdır.

Klinik psixoloq Heyran İbrahimli müasir dövrdə baş verən sosial və texnoloji dəyişikliklərin ailədaxili münasibətlərə təsirindən bəhs edərək vurğulayıb ki, qloballaşma prosesi, informasiya texnologiyalarının sürətli inkişafı və insanların gündəlik həyat tərzinin dəyişməsi bir çox hallarda ailə üzvləri arasında canlı ünsiyyətin azalmasına səbəb olur. Lakin buna baxmayaraq, sağlam ailə münasibətlərinin qorunması üçün ən vacib amil yenə də səmimi və açıq ünsiyyətin qurulması, bir-birini dinləmək və anlamaq bacarığının inkişaf etdirilməsi, qarşılıqlı güzəştə getmək və emosional dəstəyin təmin olunmasıdır.

Hüquqşünas - mediator Zaur Quliyev ailə münasibətlərinin hüquqi aspektlərinə geniş şəkildə toxunaraq, nikahın bağlanması, valideyn və övlad münasibətlərinin tənzimlənməsi, uşaqların hüquqlarının qorunması, ailədaxili öhdəliklərin müəyyən edilməsi kimi məsələlərin qanunvericilik çərçivəsində dəqiq şəkildə müəyyənləşdirildiyini diqqətə çatdırıb.

“Restart” Rebilitasiya Mərkəzinin əməkdaşı Tağı Abbaszadə uşaqların ailədə daim diqqət mərkəzində olmasının əhəmiyyətindən danışaraq, valideyn, məktəb və ictimaiyyət tərəfindən göstərilən qayğı sayəsində bir sıra zərərli vərdişlərdən, səhv addımlardan qorunmağın mümkün olduğunu bildirib. Uzun illər zərərli asılılıqdan əziyyət çəkən insanların nümunəsinə əsaslanaraq bu yoldan çəkinmənin böyük iradə, əzm və ətrafın dəstəyi sayəsində mümkün olduğunu bildirib.

Sonda gənclərin suallarını cavablandırılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:158
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 May 2026 12:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see770

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see513

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see302

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see290

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see278

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see272

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see255

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see245

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see230

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see229

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see228

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see223

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see222

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see221

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see214

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see205

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see193

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see180

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see179

Afrika futbolunda tarix yazıldı: Nigeriya ilk dəfə dünya çempionu oldu

08 Noyabr 2026 05:15see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri