Icma.az
close
up
RU
Təlim maşını ilə qəza törədildikdə məsuliyyəti kim daşıyır? AÇIQLAMA

Təlim maşını ilə qəza törədildikdə məsuliyyəti kim daşıyır? AÇIQLAMA

Icma.az, News24 saytına istinadən bildirir.

Yollarda üzərinə “sürücülük təlimi” yazılmış avtomobilləri az qala hər gün görmək mümkündür. Özlərini təlimçi kimi təqdim edən şəxslər isə adətən hansısa kursun müəllimi olduqlarını bildirirlər.

Təlimlərin artması təlim alan və təlim verən şəxslərin bu sahədə hüquqi maarifləndirilməsinə zərurət yaradır. Elə səhər saatlarında yayılan qəza xəbəri də buna işarədir.

Belə ki, Esmira Binnətəliyeva idarə etdiyi “Hyundai Accent” markalı təlim avtomobili ilə hərəkətdə olarkən “Mercedes” markalı avtomobildən düşən sürücünü vurub. Nəticədə kişi hadisə yerində keçinib.

Belə bir sual yaranır: təlimçinin iştirakı ilə idarə edilən avtomobilin qəza törətdiyi zaman məsuliyyəti kim daşıyır?

Məsələni Bakuplus.az-a şərh edən hüquqşünas Ruslan Mustafazadə deyir ki, hadisə törədildiyi zaman bütün məsuliyyət təlimçinin üzərində olur:

“Son zamanlar sosial şəbəkələrdə sürücülük kurslarının keçirilməsi ilə bağlı kifayət qədər elanlarla rastlaşırıq. Hətta bəzi təlimçilər müştəri cəlb etmək üçün video süjetlər hazırlayırlar. Əvvəllər bu təlimlər sürücülük məktəblərinin tərkibində keçirilirdi.

Qanunvericiliyə görə, bu tip qəza hallarında məsuliyyət təlimçinin üzərinə düşür. Qeyd edim ki, avtomobilin təlimdə istifadə edilməsi üçün lazımi qurğularla təchiz edilməsi çox vacib məsələdir. Çünki hər hansı bir hadisənin baş vermə anında təlimçi bunun qarşısını almaq üçün müvafiq avadanlıqlara sahib olmalıdır. Bunlar rəsmi fəaliyyət göstərən təlim kursları ilə bağlıdır.

Qeyri-rəsmi fəaliyyət göstərən təlimçilər həm hadisənin baş verməsinə, həm də qanunsuz iş görməsinə görə məsuliyyətə cəlb olunurlar”.

İnsanlarda inamsızlıq yaradan sürücülük kurslarındakı problem nədir?

Nəqliyyat eksperti Eldəniz Cəfərov saytımıza açıqlamasında qeyd edir ki, bunların hamısının başlıca problemi təhsildir:

“Son zamanlar sosial şəbəkələrdə sürücülük kurslarının keçirilməsi ilə bağlı kifayət qədər elanlarla rastlaşırıq. Hətta bəzi təlimçilər müştəri cəlb etmək üçün video süjetlər hazırlayırlar. Əvvəllər bu təlimlər sürücülük məktəblərinin tərkibində keçirilirdi.

“Bu gün çox təəssüf ki, Azərbaycanda fəaliyyət göstərən sürücülük kursları formal fəaliyyət göstərir. Əsasən də, vəziyyət rayon və bölgələrimizdə belədir. Təlimçilərdə yol hərəkəti qaydalarını, avtomobili düzgün idarə etməyi öyrədə bilməmək problemi var. Bu məsələlərin həlli ilə ciddi məşğul olmaq lazımdır. Sürücü mədəniyyətsizliyi, yol hərəkəti qaydalarının pozulması, qəzaların artması sürücülük məktəblərindəki boşluqdan xəbər verir. Mən düşünürəm ki, bu problem ümumi təhsillə bağlıdır.

Vətəndaşlarımıza tövsiyə edirik ki, sürücülük kursu seçəndə çoxlu araşdırma aparsınlar. Bu sahədə real tədrisi olan, lisenziya verilən kurslarla işləsinlər”.

Hadisənin digər tərəfi isə sürücülük təlimçisi olmaq üçün qoyulan tələblərdir.

Araşdırma zamanı məlum olur ki, “Yol Hərəkəti Haqqında” qanuna əsasən, nəqliyyat vasitələrinin idarə edilməsi üzrə ilkin təlim bağlı meydançalarda və ya avtodromlarda keçirilməlidir. Yollarda sürmə yalnız təlim verən şəxsin iştirakı ilə nəqliyyat vasitəsini sürməyi öyrənən şəxsin onu idarə etməkdə ilkin vərdişi olduqda icazə verilir.

“Yol Hərəkəti Haqqında” qanunun 1-ci maddəsinin 32-ci bəndinə əsasən, sürücülüyü öyrədən avtomobil təlimatçısı da sürücüyə bərabər tutulur.

İkitərəfli idarə etmə qurğuları ilə təchiz olunmuş təlim avtomaşınlarının idarə edilməsi zamanı müdavim (sürməyi öyrənən) tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə məsuliyyəti bunun qarşısını almaq imkanında olmuş təlimatçı daşıyır. Yalnız təlimatçının göstərişlərinə əməl etmədikdə isə məsuliyyət avtomaşını bilavasitə idarə edən şəxsdə olur.

Məlumat üçün onu da qeyd edək ki, “Yol Hərəkəti Haqqında” qanunun 78-ci maddəsinə əsasən, sürmə təlimi verən şəxsin üstündə həmin kateqoriyalı nəqliyyat vasitəsini sürmə təlimi vermək hüququna dair sənəd və ya azı 5 il sürücülük stajına malik olmasına, habelə müvafiq kateqoriyalı nəqliyyat vasitəsini idarə etmək hüququna dair vəsiqə olmalıdır.

Eyni zamanda, təlim keçmə qaydasının pozulmasına görə İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən, 40 manat məbləğində cərimə nəzərdə tutulur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:240
embedMənbə:https://news24.az
archiveBu xəbər 30 Yanvar 2025 14:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri