Icma.az
close
up
RU
Təmənnasız hərbi yardımdan Şuşa Bəyannaməsinə...

Təmənnasız hərbi yardımdan Şuşa Bəyannaməsinə...

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

24 il əvvəl, bu gün Azərbaycanla Türkiyə arasında təmənnasız hərbi yardım haqqında müqavilə imzalanıb

Azərbaycan - Türkiyə münasibətləri dostluq və qardaşlıq prinsiplərinə əsaslanır. Dünyada bir-birinə Azərbaycan və Türkiyə qədər yaxın olan hansısa digər dövlətlərin adını çəkmək mümkün deyil. İki qardaş ölkə tarixdən gələn və dil, din, mənəviyyat eyniliyinə söykənən ənənələrinə böyük önəm verirlər və bu yaxınlığı daim qoruyub saxlamağa, daha da möhkəmlətməyə çalışırlar.

Azərbaycanla Türkiyənin müxtəlif istiqamətləri əhatə edən münasibətlərində hərbi sahədə əməkdaşlıq xüsusi yer tutur. İki ölkənin hərbi sahədə əməkdaşlığı müxtəlif sənədlərlə təsbit olunub. Qardaş dövlətlərin bu istiqamətdəki əməkdaşlığını özündə ehtiva edən sənədlərdən biri isə 2002-ci il mayın 14-də imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təmənnasız hərbi yardım haqqında Müqavilə”dir. O dövrdə - Prezident Heydər Əliyev 24 avqust 2002-ci il tarixində həmin sənədin təsdiqlənməsi barədə Sərəncam imzalayıb.

5 maddədən ibarət sənəd...

Azərbaycanla Türkiyə arasında hərbi sahədə əməkdaşlığın tarixi faktlarla zəngindir. Bu siyahıda ötən yüzilliyin əvvəllərində Türkiyə hərbçilərinin köməyi ilə Bakının erməni-bolşevik işğalından azad edilməsini xüsusi qeyd edə bilərik. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (AXC) elan olunan vaxtda Bakı erməni-bolşevik birləşmələrinin nəzarətində idi. Belə çətin dönəmdə AXC-nin köməyinə Qafqaz İslam Ordusu çatdı. Digər ərazilərimizin erməni-daşnak birləşmələrindən təmizlənməsindən sonra Qafqaz İslam Ordusunun dəstəyi ilə  sentyabrın 15-də Bakı işğalçılardan azad olundu.

Tarixdən gələn bu ənənə “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təmənnasız hərbi yardım haqqında Müqavilə” ilə daha da möhkəmləndirildi. Əvvəlki illərdə qazanılan təcrübəyə istinad edilməklə imzalanan bu sənəddə iki dost ölkə arasında hərbi əməkdaşlığı daha da möhkəmləndirmək və Azərbaycanın Silahlı Qüvvələrinin yenidən qurulması işinə yardım etmək məqsədi daşıyırdı. Həmin dövrdə belə bir müqavilənin imzalanması Azərbaycan üçün bir növ zərurət idi. Müstəqilliyinin yaşı az olan respublikamız müharibəyə cəlb olunmuşdu. Ermənistan havadarlarının böyük dəstəyi ilə torpaqlarımızın 20 faizini öz nəzarəti altına almışdı və  işğal məhsulu olan keçmiş status-kvonu hər vəchlə sonsuzluğa qədər uzatmağa çalışırdı. Belə çətin dönəmdə Azərbaycanın Silahlı Qüvvələrinin möhkəmləndirilməsinə, döyüş qabiliyyətinin yüksəldilməsinə və texniki təchizatının gücləndirilməsinə böyük ehtiyac var idi. Bu ehtiyacı qarşılamağa yenə də qardaş Türkiyə gəldi. Sözügedən müqavilənin birinci bəndində Türkiyə Respublikası Hökuməti Azərbaycan Respublikası Hökumətinə 3.786.140.000.000 (üç trilyon yeddi yüz səksən altı milyard yüz qırx milyon) Türkiyə lirəsinə bərabər ABŞ dolları məbləğində təmənnasız yardım edəcəyi nəzərdə tutulurdu. İndiyədək icrası yüksək səviyyədə təmin olunan beş maddədən ibarət sənədə əsasən qardaş dövlət tərəfindən Silahlı Qüvvələrimizin avadanlıq və xidmət təchizatına əhəmiyyətli dərəcədə kömək göstərilib.

Qardaş ölkələrin hərbi əməkdaşlığının mahiyyəti

İki qardaş ölkə arasında hərbi əməkdaşlığın genişləndirilməsi heç bir halda üçüncü ölkələrə qarşı yönəlməyib. Ancaq öz təhlükəsizliklərini təmin etmək üçün ordularını möhkəmlətmək də onların haqqıdır. Hazırda dünyada elə bir vəziyyət yaranıb ki, beynəlxalq hüquq və prinsiplər bir çox hallarda işləmir. Buna görə də ölkələr öz suverenliyini daxili gücü və müttəfiqlərinin dəstəyi ilə qorumaq məcburiyyətindədirlər. Azərbaycan və Türkiyənin hərbi əməkdaşlığı isə həm bu ölkələrin özləri, həm də bütövlükdə region üçün mühüm aktuallıq daşıyır. Hər iki ölkə regionda sabitliyin və təhlükəsizliyin təmin olunmasında maraqlıdır.

Azərbaycanla Türkiyənin hərbi sahədə əməkdaşlığının məzmunu kifayət qədər genişdir. İlk növbədə onu qeyd edək ki, NATO-nun aparıcı ölkələrindən olan Türkiyə Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsinə öz dəstəyini göstərir. Hazırda Türkiyə modelinə istinad edilməklə Azərbaycan Ordusunun yeni strukturu formalaşdırılıb, o cümlədən də komando birlikləri yaradılıb. Ölkəmizin Türkiyə ilə hərbi təhsil sahəsində əməkdaşlığının önəmini xüsusi qeyd edə bilərik. 1996-cı ildə imzalanmış “Hərbi sahədə təhsil, texniki və elmi əməkdaşlıq razılaşması” çərçivəsində Türkiyə ilə Azərbaycan hərbi təhsil sahəsində yaxşı nəticələr qazanıblar. İndiyədək minlərlə azərbaycanlı gənc qardaş ölkənin Silahlı Qüvvələrində təcrübə keçiblər, bir sıra nadir ixtisaslara yiyələniblər və müxtəlif növ müasir silahların sirlərini öyrəniblər. Silahlı Qüvvələrimizin yenidən təşkilinə kömək məqsədilə hər il müəyyən kvotalar daxilində azərbaycanlı hərbi qulluqçular Türkiyədə təhsil almağa göndərilir. Təcrübə mübadiləsi baxımından Azərbaycandan və Türkiyədən olan hərbçilərin birgə təlimlərə cəlb olunmaları da çox əhəmiyyətlidir.

İki ölkə arasında müdafiə sənayesi sahəsində də yüksək səviyyəli əməkdaşlıq qurulub. Müdafiə sənayesi sahəsində əməkdaşlığın hüquqi təməldə həyata keçirilməsini təmin etmək məqsədilə indiyədək bir sıra sənədlər imzalanıb. Türkiyə hərbi texnika istehsalında böyük uğurlara imza atıb. Eyni zamanda, Azərbaycan da özünün müdafiə sənayesini inkişaf etdirir. Artıq ordumuzun müxtəlif döyüş sursatları ilə təminatının xeyli hissəsi məhz daxili istehsal hesabına həyata keçirilir. Qardaş ölkə ilə birgə müdafiə sənayesi müəssisələrinin qurulması perspektivləri böyükdür. Bir müddət əvvəl Azərbaycan Müdafiə Nazirliyi və Türkiyənin “Baykar” şirkəti arasında ölkəmizdə pilotsuz uçuş aparatlarının (PUA) birgə istehsalına dair sənəd imzalanıb. Xatırladaq ki, Türkiyə istehsalı olan pilotsuz uçuş aparatlarının Vətən müharibəsində düşmənin hədəflərinin məhv edilməsində böyük rolu oldu. Türkiyə postmüharibə dövründə də regionda sülhün və təhlükəsizliyin təmin olunmasına öz töhfəsini verir.

Şuşa Bəyannaməsi bu müqavilənin məntiqi davamıdır

Hərbi əməkdaşlıq sahəsində uzun illər ərzində qazanılan təcrübə, eləcə də 2002-ci il mayın 14-də imzalanan  “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təmənnasız hərbi yardım haqqında Müqavilə” iki qardaş ölkəni 2021-ci il iyunun 15-də Şuşa Bəyannaməsinin imzalanmasına apardı. Yəni, Şuşa Bəyannaməsi əslində, sözügedən sənədin məntiqi davamı hesab oluna bilər. Qars Müqaviləsindən 100 il sonra iki dost və qardaş ölkə arasında imzalanan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi müstəsna siyasi və tarixi əhəmiyyət daşıyır. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi ilə Azərbaycan-Türkiyə münasibətləri ən yüksək zirvəyə yüksəlib. Sənəddə iki ölkənin bundan sonrakı müttəfiqliyinin və işbirliyinin mühüm istiqamətləri öz əksini tapıb. Şuşa Bəyannaməsində beynəlxalq müstəvidə birgə əməkdaşlıq, fəaliyyətin uzlaşdırılması, siyasi, hərbi iqtisadi-ticarət əlaqələri, həmçinin mədəniyyət, təhsil, idman, gənclər siyasəti kimi sahələr əhatə olunub. Meydana çıxan yeni çağırışlar fonunda hər iki ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsi, eləcə də müştərək maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərinin qarşılıqlı şəkildə əlaqələndirilməsi Azərbaycanın və Türkiyənin regional və beynəlxalq müstəvidə rolunun, çəkisinin artmasına müsbət təsir göstərir. Şuşa Bəyannaməsi müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutan, milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirən hər iki ölkə tərəfindən müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirmək baxımından da mühüm əhəmiyyət kəsb edir.

Bəhs olunan sənəddə Vətən müharibəsində Azərbaycanın şanlı qələbəsi sayəsində regionda yaranan yeni reallıqlar nəzərə alınıb. Bəyannamədə müharibədən sonrakı mərhələdə Qafqaz regionunda sabitliyin, təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi-nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində birgə səylərin artırılmasının zəruriliyi vurğulanır.

Nardar BAYRAMLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 14 May 2026 11:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see322

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see272

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see229

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see225

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see222

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see220

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see219

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see216

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see215

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see212

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see203

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see200

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see194

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see193

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see183

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see181

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see180

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see179

Yeni yaranan planet aşkarlandı

23 Sentyabr 2026 22:47see171

Sumqayıtda ağır qəza: Chevrolet ağaca çırpıldı

24 Sentyabr 2026 00:33see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri