Icma.az
close
up
RU
Təmirli mənzil, yoxsa... Bu binalarda əlavə ödənişlər tələb edilir

Təmirli mənzil, yoxsa... Bu binalarda əlavə ödənişlər tələb edilir

Icma.az bildirir, News24 portalına istinadən.

Yeni tikilən binalardan ev almaq hər zaman insanların maraq dairəsində olub. 

Ancaq son dövrlər tələbatın böyük hissəsi yeni tikililərədir.

Hazırda yeni tikilən binadan təmirsiz ev alıb, onu tam yaşayış halına gətirmək nə qədər sərfəlidir? 

Mövzu ilə bağlı News24.az-a tikinti mütəxəssisi Rəşad Hümbətov danışıb. Onun sözlərinə görə, yeni tikilən və tikintisi başa çatmamış binadan ev alıb təmir etmək daha çox vəsaitin xərclənməsinə səbəb ola bilər: 

“Gənclərin bir çoxu ucuz və aşağı sinifli yeni tikilən binalardan ev almağa çalışırlar. Masazır, Saray və digər qəsəbələrdə bu tipli mənzillər artmağa başlayıb. Həmin binalar şəhərdən bir az kənarda yerləşsə də, qiymətləri münasibdir. Ancaq 2 ilə qiymətdə kifayət qədər artım müşahidə olunur. Amma gəlin, incəliklərə fikir verək. 

Çox təəsüf ki, bir çox hallarda qiyməti ucuz olan yeni tikilən binalarda evin qapısının da problemi olur. Bir  çox alıcılar qapıların problemli olmasından şikayət edir. Düzdür, deyə bilərsiniz ki, təsirsiz evdə qapıdan başqa nə olmalıdır? Standartlara görə elektirik işi də işlənib müştəriyə təqdim olunmalıdır. Ancaq təəsüf ki, bunu hər kəs etmir, və ya alıcı ilə satıcı arasında bu nüanslar yer almır". 

Mütəxəssis bildirib ki, məsələnin digər tərəfi yeni tikilən, ancaq lift quraşdırılmamış binalardır. 

"Artıq ustalar lifti olmayan mənzil üçün kifayət qədər ciddi məbləğdə ödəniş istəyirlər. Hətta əlavə fəhlələr də işə cəlb olunur. Hesab edin ki, lifti olmayan binanın 14-cü mərtəbəsində tikinti materialları gətirilir, təbii ki, bütün buna görə, əlavə ödənişlər alınır. Eyni zamanda, hazırkı durumda tikinti materiallarının da qiyməti yetəri qədər ciddi rəqəm alıb. Bazarlarda qiymətlər artıq bir çox mağazaların satış qiymətləri ilə eynidir. Hazırda şəhərin kənarında 70 min manata təmirsiz ev alan şəxs azı normal təmir üçün 30 min manatdan yuxarı vəsait xərcləyir. Bu da ev sahibinin əlavə məsuliyyətinə gətirib çıxarır. Lakin hazır təmirli evlərdən olan narazılıqlar bəzi insanları bu fikirdən daşındırır. Yaxşı olardı ki, keyfiyyətinə əmin olduğunuz şirkətlərdən mənzil alın. Bu gün heç kim hesab etməsin ki, təmir ucuz və qısamüddətli işdir. Evin daxili xərcləri olduqca böyük vəsait tələb edir”.

R.Hümbətov onu da qeyd edib ki, artıq 40 min manata təmirsiz ev tapmaq müşkülə çevrilib.

"Qiymətlər yetəri qədər artıb, 2022-ci ildə təmirsiz 29 min manata olan evə hazırda 50 min manat təklif olunur. Bundan başqa tikinti materiallarının da qiyməti heç ucuz deyil. Ancaq ev sahibi təmirin keyfiyyətindən  razı qalması üçün özünün təmir etməyi ideal variant hesab olunur”, - deyə o, fikirlərini yekunlaşdırıb.

Ağa Dadaşzadə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://news24.az
archiveBu xəbər 17 Fevral 2025 17:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see342

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see327

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see270

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see262

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see255

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see240

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see230

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see219

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see209

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see208

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see208

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see204

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see199

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see199

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see186

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see184

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

11 Noyabr 2026 23:54see176

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see176

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see169

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri