Icma.az
close
up
RU
Təmiz qolumuzu saymadılar Samir Abasov

Təmiz qolumuzu saymadılar Samir Abasov

Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Neftçi"nin baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 32-ci turunda "Sumqayıt"la 2:2 hesablı heç-heçə etdikləri oyunu şərh edib. 

QOL.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib: 

– İki fərqli hissənin səbəbi nə idi?

– Düşünmürəm ki, iki fərqli hissə idi. Birinci dəqiqələrdən oyuna diktə etməyə çalışırdıq. Kontrol etmək və rəqibi təzyiq altında saxlamağı planlaşdırırdıq. Bir neçə dəfə oldu ki, təzyiq edib topu aldıq və son qərarı düzgün vermək lazım idi. Həmin epizodlarda qol vura bilərdik, amma öz qapımızda gördük. Eyni şeylər təkrarlanır. Xoşlamadığım məsələyə gəlmək istəyirəm. "Neftçi" olaraq uduzduqda və ya heç-heçə etdikdə nəticəyə köklənirik. Ona görə bu mövzu üzərində durmuruq. Amma düşünürəm ki, bu gün hakimlik problemə çevrilmişdi. Başa düşürəm ki, son vaxtlar üzərimizdə təzyiq çoxdur. Bizim ətrafımızda biraz neqativ yaranıbsa, bu səbəb deyil ki, kimlərsə istədiklərini etsinlər. Qərarlar haqda deməzdim, amma sanki oyun təmiz itmişdi. Nə qədər 4-cü hakimlə danışdıq ki, biz sakit durmuşuq, istəmirik bizi başqa cür qələmə versinlər, ona görə siz deyin. Qol epizoduna gəldikdə, ola bilər, VAR otağında başqa kadrlar olsun. Amma biz baxdığımız videolara əsasən, təmiz qol idi. Həmin dəqiqə 2:2 etsəydik, demək ki, qalib ola bilərdik. Təmiz qolumuzu saymadılar. Yenə də deyirəm, əgər Ağadadaşın ayağına dəyibsə, amma biz görməmişik, üzrlü sayın. Amma gördüyümüzə əsasən, oyundan kənar vəziyyət yox idi. Futbolçular sağ olsunlar. Geridə olsaq da, qollar vurduq. Baxmayaraq ki, son vaxtlar "Neftçi"də olan hər kəsin üzərində təzyiq var. Bunun altından çıxaraq oynadılarsa, sağ olsunlar. 

–  Bəzi futbolçular özlərini göstərməyə çalışır, bəziləri isə sanki artıq təslim olublar və "Neftçi"dən gedəcəklərini qəbul ediblər. Siz necə düşünürsünüz?

– Peşəkarlıqdan danışırıqsa, heç kimin təslim olmağa ixtiyarı yoxdur. Çünki aqibətimizi bilmək olmur. Burdan çıxırsansa belə, dünyada çoxlu klublar var, ən azından burada ona görə oynamalısan ki, digərlərinin rəğbətini qazanasan. Təslim olmağa heç kəsin ixtiyarı yoxdur. Amma kökləmək çətindir. Danışıqlarla meydanda olanlar üst-üstə gəlmədi. İndi oyuna kökləmək mənim üçün də çətindir. Bundan da bir dərs çıxarmalıyıq. Biz öz problemlərimizi bilirik. Bu gün oturmuş komandaya qarşı oynadıq. "Neftçi" üçün bu cür oynamaq yolverilməzdir. Çünki bura gələn oyunçular ən azından maliyyə cəhətdən fərqlənir. Amma rəqibin müdafiəsini yarmaq niyə problemli gəlir, onu bilirik. Elə problem var dərhal düzəltmək olur, amma bəziləri üçün müddət lazımdır. İnşallah, çalışacağıq daha yaxşı komanda olaq. 

– Növbəti mövsüm üçün beyninizdə hansı planlar var?

– Baxmayaraq ki, hər həftə rəqiblərlə oynayırıq, bütün günü gələcək üçün qurduğumuz planlar üzərində işləyirik. Bu, sirr deyil. Oyunçuların və məşqçi heyətinin axtarışı, kollektivdə nəyi inkişaf etməli olduğumuz şeylərlə bağlıdır. 

– Yarımmüdafiədə olan itkilər oyuna nə qədər təsir etdi?

– Zədələr bu günün problemi deyil. Hansı oyuna bir heyətlə çıxmışıq? Ola bilər ki, zədəyə görə Emin Mahmudov mövsümün erkən bitirdi. Uzun müddət oynamadı, sonra isə çox güc sərf etdi. Ondan əlavə Ohori, Quzzo, Səfərov da zədələndi. Baxanda, 6-7 nəfər var, amma həm heyət quranda, həm əvəzetmələrdə bu problemlə üzləşirik. Bu mövsüm bura gələndə ilk keçdiyim məşqdən sonra iki nəfər xaricə müalicə getdi. Həmin məşqdə Azər Salahlının da ayağı qırıldı. Bu problem daima davam edir. İnşallah, dediyimiz planları indidən qurmalıyıq ki, bu cür problemlər olmasın. 

– Bəziləri deyirlər ki, Samir Abasov bilirdi, hara gəlir. "Neftçi"ni çempion etmiş məşqçi kimi, bura gələndə bu cür nəticələri gözləyirdiniz? 

– Gözləyirdim. Düz deyirlər ki, bilirdik, hara gəlirik. Demirəm ki, bilmirdik. Nəyin bizi gözlədiyini və nə etməli olduğumuzu da bilirdik. Amma ondan da yaxşı bilirdik ki, nəyi həmən dəyişmək olacaq, nələri isə sonra. Bura bizi gətirən insanlarla da bunu danışmışdıq. Hər şeyi müzakirə etmişik və dərk etmişik. Problemlər sezilmişdi və danışılmışdı. İnşallah, işimizi yaxşılaşdırmağa doğru gedirik. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:161
embedMənbə:https://qol.az
archiveBu xəbər 28 Aprel 2025 22:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see314

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see311

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see298

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see251

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see247

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see245

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see240

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see238

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see236

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see226

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see209

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see205

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see205

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see203

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see203

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see201

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see199

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see199

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see197

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri