Ermənistan balığı Rusiya bazarından tamamilə çıxarılır
Axar.az saytına istinadən Icma.az xəbər verir.
Hazırkı tədarükün şaxələndirilməsi tendensiyası davam edərsə, Ermənistan balıq məhsulları ixracını Rusiya bazarından tamamilə digər ölkələrə yönəldə bilər.
Axar.az xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan deyib.
Papoyan “Rosselxoznadzor”un Ermənistan məhsullarının idxalına tətbiq etdiyi məhdudiyyətləri əsassız adlandırıb və vəziyyəti “iqtisadi mübahisə” kimi xarakterizə edib:
“Məhz buna görə İrəvan məsələnin araşdırılması üçün Avrasiya İqtisadi Komissiyasına müraciət edib. Ermənistanın balıq yetişdiriciləri artıq Rusiya bazarından asılılığı azaltmaq məqsədilə Aİİ-dən kənar ölkələrə tədarükü fəal şəkildə artırırlar. Bu tendensiya davam edərsə, Rusiya bazarı yerli istehsalçılar üçün əhəmiyyətini tamamilə itirə bilər”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 06 Noyabr 2026 13:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















