Icma.az
close
up
RU
“Temu” sifarişləri...

“Temu” sifarişləri...

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Çatdırılma və keyfiyyətlə bağlı problemlər var

İstehlakçı nə etməlidir?

İnternet texnologiyalarının inkişafı onlayn alış-verişi gündəlik həyatımızın ayrılmaz hissəsinə çevirib. Ona görə də bu cür alış-veriş platformalarının sayı durmadan artır. Lakin onlayn alış-verişin asanlığı və rahatlığı ilə yanaşı, müəyyən mənfi tərəfləri də var. Məsələn, aldadıcı reklamlar, məhsulun keyfiyyətsiz olması, çatdırılma problemləri, şəxsi məlumatların qorunması ilə bağlı çatışmazlıqlar onlayn alış-verişin mənfi tərəflərindəndir. Məlumdur ki, son zamanlar ölkəmizdə “Temu” üzərindən məhsul sifarişi edənlərin sayı çoxdur. Bu onlayn platformadan sifariş vermək olduqca asandır, sadəcə, proqramı yükləyib qeydiyyatdan keçmək kifayət edir. Ancaq “Temu” üzərindən Azərbaycana gətirilən məhsulların keyfiyyəti, çatdırılması ilə bağlı narazılıqlar durmadan artır.

Çatdırılma pulsuzdur, amma...

Çin məhsullarının satışı ilə məşğul olan “Temu” onlayn ticarət platformasının “Trendyol”dan əsas fərqi odur ki, bu platformada pulsuz çatdırılma mövcuddur. “Trendyol”da isə standart bağlama üçün 89.99 tl (4 manat 50 qəpik), böyük bağlamalar üçün isə 299.99 tl (14 manat 91 qəpik) rüsum ödənilir. Buna görə də son zamanlar “Temu”dan istifadə edənlərin sayı xeyli artıb.

“Temu”, yoxsa “Trendyol”?

Alıcıların böyük əksəriyyətinin iddiasına görə, “Trendyol” müştəriyə daha keyfiyyətli məhsul təqdim edir. Həmin onlayn ticarət platformalarına baxsaq, onlar arasında qiymət fərqinində olduğunu da görərik. Belə ki, “Temu”da qiymətlər “Trendyol”a nisbətən daha ucuz olur. Bu platformada daha çox bir neçə dollara başa gələn ucuz, gündəlik həyat məhsulları və ya geyimləri satmağa üstünlük verir. Çoxlu sayda məhsul birbaşa Asiyadan ölkəyə idxal olunur. Buna görə də keyfiyyətdə problemlər yaranır.

Onlayn ticarət genişləndikcə şikayətlər artır...

Mövzu barədə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, onlayn ticarətin əhatəsi genişləndikcə, şikayətlər də artır: “Onlayn ticarət istehlakçılardan uzaq məsafədə fəaliyyət olduğu üçün və əlaqə elektron poçt, telefon vasitəsilə saxlanıldığına görə istehlakçıların aldadılması halları daha çox olur. Belə hallarda istehlakçılar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etməlidirlər. Bu qurum bir müddət öncə nazirliyin tabeliyindən çıxarıldı və Prezident yanında bir quruma çevrildi. Düşünürəm ki, onlayn ticarətin inkişaf etdiyi bir vaxtda bu qurum daha fəal işləyəcək və bu sahədə problemləri həll edəcək. İstehlakçılar Azad İstehlakçılar Birliyinə də yazılı ərizə ilə müraciət edə bilərlər”.

Qeyd edək ki, “Temu”dan sifariş edən alıcıların əsas şikayətlərindən biri məhsulun çatdırılması ilə bağlıdır. Belə ki, sifariş edilən mallar ya istənilən formada gəlmir, ya da ümumiyyətlə çatdırılmır. Bir çox müştəri isə gömrük və karqo şirkətləri ilə problem yaşadığını bildirir.

Onlayn sifarişlə bağlı qanunvericilik normaları

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən verilən məlumata görə, istər “Trendyol”, istərsə də “Temu” üzərindən birbaşa Azərbaycana çatdırılma üsulu ilə malların sifariş verilməsi zamanı yaranmış münasibətlər xarici elementli olduğundan, tətbiq olunmalı hüquq normalarının müəyyən edilməsi “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir: “Həmin Qanunun 1-ci maddəsinə əsasən, tətbiq ediləcək hüququ müəyyən etmək barədə tərəflərin razılığı aydın ifadə olunmalı və ya bütövlükdə, götürülməklə müqavilənin şərtlərindən və işin hallarından bilavasitə irəli gəlməlidir.

Daşıma şirkətlərinin xidmətlərindən istifadə edilməklə verilən sifarişlərlə bağlı yaranan münasibətlərə isə ölkədə qüvvədə olan qanunvericilik normaları tətbiq edilir. Belə ki, sifariş olunan mal itirilmiş, yaxud məhv olmuşdursa, onun tam dəyərini daşıyıcı ödəyir. Əgər mal daşıyıcı tərəfindən daşımaya qəbul edildikdən sonra 3 (üç) ay ərzində çatdırılmazsa, əksi sübut edilənədək itirilmiş hesab edilir. Lakin daşıyıcı malın itirilməsi və ya məhvinin risk məlum olsa da, yükün xarakteri və ya nəqliyyat vasitəsinin birbaşa təyinatı, yük göndərənin və ya yük alanın təqsiri və ya göstərişi, həmçinin daşıyıcının lazımi vicdanlılığı şəraitində qarşısı alınması mümkün olmayan hallar nəticəsində baş verdiyini sübuta yetirərsə, məsuliyyəti aradan qalxır. Qanunvericiliyin tələbindən göründüyü kimi, belə vəziyyətdə sübutetmə yükü daşıyıcının üzərindədir”.

Alıcıların hansı hüquqları var?

Dövlət Xidmətindən bildirilib ki, qanunvericiliyin tələbinə görə, bağlamanın lazımi şəkildə qablaşdırılmasını satıcı mağaza təmin etməlidir və o, qablaşdırmanın zahirən görünməyən qüsurları üçün məsuliyyət daşıyır: “Daşıyıcı isə qeyd-şərtsiz daşımaya qəbul etdiyi bağlamanın zahirən görünən qüsurlarının nəticələri üçün məsuliyyət daşıyır.

Bundan başqa, icraçı tərəfindən göstərilən xidmətlərdə müqavilə şərtlərindən əhəmiyyətli dərəcədə kənara çıxılmalara yol verilərsə, yaxud başqa mühüm qüsurlar olarsa, istehlakçı həmin qüsurları aradan qaldırmaq üçün icraçıya əlavə müddət verə bilər. Həmin müddətdə də xidmət yerinə yetirilməzsə, istehlakçının müqavilənin ləğv olunmasını və itkilərin ödənilməsini tələb etmək və ya icraçının hesabına qüsurların aradan qaldırılmasını üçüncü şəxslərə tapşırmaq hüququ var.

Həmçinin icraçı müqavilənin şərtlərindən kənara çıxaraq, xidməti pisləşdirmişsə, yaxud xidmətdə başqa qüsurlara yol vermişdirsə, istehlakçının istəyinə uyğun olaraq, göstərilən qüsurların icraçının hesabına əvəzsiz olaraq müvafiq müddətdə aradan qaldırılmasını və ya xidmətin qüsurlarını öz vəsaitləri ilə aradan qaldırarkən çəkdiyi zəruri xərclərin ödənilməsini, yaxud xidmətin haqqının müvafiq surətdə azaldılmasını tələb etmək hüququ var”.

Yeganə BAYRAMOVA

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:340
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 29 Noyabr 2024 10:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranın, ABŞ və İngiltərənin hərbi obyektlərini hədəf alması real görünür Şərh

19 Avqust 2026 16:56see377

Salam və bəli deyil telefon zənginə necə cavab vermək olar

20 Avqust 2026 14:26see261

Sabah la Bakıdakı matçda yaxşı oyun göstərmək istəyirik

20 Avqust 2026 01:46see256

MİDA komplekslərdən çəkilir? Sakinlərdən NARAZILIQ

20 Avqust 2026 15:48see236

AFFA nın Lisenziya Komissiyasının iclasında Goranboy OİK in sənədlərinə baxıldı

19 Avqust 2026 20:06see224

ABŞ nin dövlət borcu rekord həddə çatıb

20 Avqust 2026 03:24see220

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see206

92 yaşlı Hollivud əfsanəsi illər sonra kameralar qarşısına keçdi

20 Avqust 2026 02:24see202

Evdən çıxmadan çekap müayinəsi nə dərəcədə etibarlıdır? Həkim AÇIQLADI

19 Avqust 2026 20:00see195

Əhmədbəyli Füzuli Şuşa avtomobil yolu İnnovativ İnşaat Metodologiyası kateqoriyasında qalib seçilib

19 Avqust 2026 20:43see188

Təmayül istəməyən şagirdin taleyi necə olacaq? Valideyn narazılığı VİDEO

19 Avqust 2026 22:28see178

Bu ölkədə üz gizlətmək qadağan edildi cəriməsi 3000 avrodur...

20 Avqust 2026 00:39see167

Uşağınız bu sözləri tez tez deyirsə, DİQQƏTLİ OLUN

20 Avqust 2026 06:52see166

Valdas Dambrauskas: “Biz oyunu itirdik, rəqib yüksək səviyyəli komandadır” VİDEO

20 Avqust 2026 05:29see166

Robotlar artıq insan kimi işləməyə başlayır

20 Avqust 2026 03:32see162

“TikTok” şəxsi mesajlar vasitəsilə pul köçürmələrinə başlaya bilər

20 Avqust 2026 07:42see161

Xətai rayonunda baş verən yanğın söndürülüb

20 Avqust 2026 01:21see161

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see160

Yair Rodriges “Noche UFC”nin əsas döyüşündən çıxarıldı

20 Avqust 2026 01:29see157

OpenAI 2027 ci ildə birjaya çıxmağı planlaşdırır

20 Avqust 2026 03:04see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri