Temu Azərbaycanda fəaliyyət üçün qeydiyyatdan keçməli olacaq
Icma.az bildirir, Azpost saytına əsaslanaraq.
“Temu” və bir sıra xarici onlayn ticarət platformaları Azərbaycanda fəaliyyət göstərmək üçün qeydiyyatdan keçməli olacaqlar.
AzPost bildirir ki, bu barədə Dövlət Vergi Xidmətindən Kredit.az-a bildirilib.
Qeyd olunub ki, elektron ticarət qaydasında Azərbaycan ərazisində xidmət göstərən qeyri-rezident şirkətlərin illik dövriyyəsi 10 000 ABŞ dollarının manat ekvivalentini keçərsə, onlar 30 gün müddətində elektron qaydada vergi uçotuna alınmalıdırlar.
Rəqəmsal ticarətin sürətli inkişafı fonunda qeyri-rezident şirkətlərin vergiyə cəlb olunması mexanizminin təkmilləşdirilməsi məqsədilə Vergi Məcəlləsinə dəyişikliklər təklif edilib və qanun layihəsi hazırda Milli Məclisdə müzakirə olunur.
Son günlər Temu onlayn mağazası üzərindən sifariş edilən bağlamaların gecikdirilməsi ilə bağlı sosial şəbəkələrdə narazılıqlar artıb.
Ekspertlərin fikirncə, əsas çətinlik Temu-nun Azərbaycanda hüquqi şəxs kimi qeydiyyatdan keçməməsidir. Bu səbəbdən istehlakçılar platforma ilə bağlı birbaşa yerli qurumlara şikayət etməkdə çətinlik çəkirlər. Yeni qanun layihəsi qəbul olunarsa, Temu Azərbaycanda hüquqi şəxs kimi qeydiyyata alınacaq və fəaliyyəti yerli qanunvericiliyə uyğun tənzimlənəcək.
Paylaş
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:172
Bu xəbər 12 Fevral 2026 18:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















