Icma.az
close
up
RU
Tənbəlliyi tükənmişlikdən ayırmağın yolu

Tənbəlliyi tükənmişlikdən ayırmağın yolu

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rusiyalı biznes-psixoloq Yekaterina Katalina bildirib ki, tükənmişlik (burnout) çox vaxt tənbəllik və ya intizamsızlıq kimi görünə bilər.

Ölkə.az xəbər verir ki, o, “Lenta.ru”ya müsahibəsində bu iki vəziyyəti bir-birindən necə ayırmağın yollarını izah edib.

Ekspertin sözlərinə görə, hər iş görmək istəməmək zəif iradədən xəbər vermir. Bəzən tənbəllik hətta faydalı ola bilər, çünki insanın enerjisini qorumasına və işi daha sadə üsulla həll etməsinə kömək edir. Lakin işləri təxirə salmaq daimi xarakter alırsa, ofisə getmək belə çətinləşirsə və günün əvvəlindən diqqəti toplamaq mümkün olmursa, bu artıq həddindən artıq yüklənmənin və ya tükənmişliyin əlaməti ola bilər.

“Əbəs yerə demirlər ki, tənbəllik tərəqqinin mühərrikidir. Əgər sosial şəbəkələr üçün məzmun planını hazırlamaq məqsədilə süni intellektdən istifadə ediriksə, bunda pis heç nə yoxdur. Yetər ki, sonradan həmin ideyalar konkret layihəyə uyğunlaşdırılsın”, – deyə o bildirib.

Psixoloqun sözlərinə görə, problem insanın sadəcə işi asanlaşdırmağa çalışması deyil, müntəzəm olaraq özünü işləməyə məcbur edə bilməməsidir. Belə insanlar tez-tez telefona baş qatır, siqaret fasilələrinə çıxır, ən sadə tapşırıqları yerinə yetirməzdən əvvəl uzun müddət hazırlaşır və ya işə getməkdə çətinlik çəkirlər.

“Ümumdünya Səhiyyə Təşkilatı tükənmişliyi öhdəsindən gəlinməyən xroniki iş stresinin nəticəsi olan peşəkar fenomen kimi xarakterizə edir. Onun əsas əlamətləri emosional və fiziki tükənmə, işdən psixoloji uzaqlaşma, işə qarşı mənfi münasibət və peşəkar effektivliyin azalmasıdır. Bununla belə, tükənmişlik tibbi diaqnoz hesab edilmir”, – deyə ekspert vurğulayıb.

Katalinanın sözlərinə görə, tükənmiş insan kənardan tənbəl görünə bilər. Çünki belə şəxslər diqqəti cəmləməkdə çətinlik çəkir, tapşırıqları daha yavaş yerinə yetirir, xahişlərə qarşı əsəbi reaksiya verir və əvvəllər rahatlıqla gördükləri işlərə maraqlarını itirirlər. Psixoloq qeyd edib ki, bunlar orqanizmin yükü azaltmaq cəhdidir.

Ekspert tükənmişliklə üzləşən insanlara ilk növbədə özlərini qınamamağı, problemin səbəbini araşdırmağı tövsiyə edib.

“Əsas məsələ hansı tapşırıqları təxirə salmaq istədiyinizi anlamaqdır: darıxdırıcı, məsuliyyət baxımından qorxuducu, həddindən artıq çətin və ya artıq mənasını itirmiş işlərimi? Bundan başqa, sağlamlıq vəziyyətini də yoxlamaq vacibdir. Bəzi xəstəliklər, o cümlədən endokrin pozğunluqlar iş qabiliyyətinə təsir göstərə bilər. Buna görə də daimi zəiflik, yuxululuq və enerjinin kəskin azalması müşahidə olunursa, bunu xarakter xüsusiyyəti kimi qəbul etmək əvəzinə həkimə müraciət etmək lazımdır”, – deyə biznes-psixoloq bildirib.

Mütəxəssisin fikrincə, istirahətin necə keçirilməsi də böyük əhəmiyyət daşıyır. Məsələn, həftəsonu yalnız uşaqlara baxmaq, yemək bişirmək, ev təmizləmək və digər məişət işləri ilə keçirsə, insan formal olaraq işləməsə də, əslində dincəlmir və bazar ertəsi işə enerji ehtiyatı olmadan qayıdır.

“Əsas məsələ tükənmişliyi özünü məcbur etməklə müalicə etməyə çalışmamaqdır. Bu, çox vaxt vəziyyəti daha da pisləşdirir. Daha yaxşısı, vəziyyəti təhlil etməkdir: nə qədər yatırsınız, həqiqi istirahətiniz varmı, hansı tapşırıqlar sizdən daha çox enerji alır, harada yükü azaltmaq mümkündür, hansı işləri başqalarına həvalə etmək və ya rəhbərlə müzakirə etmək olar? Tənbəllik fasilədən, fəaliyyət dəyişikliyindən və ya normal istirahətdən sonra keçir. Tükənmişlik isə uzun müddət davam edir: insan dincəlsə belə özünü bərpa edə bilmir, motivasiyasını itirir, əsəbiləşir və gündəlik işlərinin öhdəsindən getdikcə daha çətin gəlir. Belə vəziyyətdə məsələ bir az da dözmək deyil, enerjini bərpa etmək və vaxtında kömək almaqdır”, – deyə psixoloq sözlərini yekunlaşdırıb.

Həmidə İbrahimova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://olke.az
archiveBu xəbər 02 İyun 2026 13:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see268

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see251

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see226

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see225

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see222

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see208

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see207

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see204

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see197

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see197

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see196

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see186

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see179

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see178

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see178

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see173

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see166

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see162

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri