Icma.az
close
up
RU
Tənbəlliyi dəstəkləyən yeganə ordu...

Tənbəlliyi dəstəkləyən yeganə ordu...

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

“Fransız dilindəki iki sözün birləşməsindən ortaya çıxmış “demobiliser” sözünün rus dilində dəyişikliyə uğrayıb “dembel” sözünə çevrilməsi fikrilə bəlkə də razılaşmaq olardı. Amma...”

“Məsələ ondadır ki, SSRİ dağıldıqdan sonra eyni “dedovşina”- “dembel”-“molodoy” qeyri-insani ənənələri əksər postsovet ölkələri kimi, Rusiyanın öz ordusunda da “uğur”la davam edib...”

Moderator.az Milli Kimlik Araşdırmaları qrupunun üzvü Araz Şəhrilinin “Tənbəlliyi dəstəkləmiş yeganə ordu...” lı növbəti yazısını təqdim edir:

Rus dilində belə bir jarqon söz var: “дембель”(“dembel”). Sovet dövründə hərbi xidmətin ilkin dövrünü başa vurmuş əsgərləri “dembel” adlandırırdılar. Ehtimala görə, bu söz fransız diıindəki «de» (ləğv etmək, dayandırmaq) və «mobiliser» (hərəkət, hərəkətə gətirmək) sözlərindən törəmişdir.

Haşiyə: 

Sovet ordusunda “dembel”lər özlərini xidmətlə bağlı ağır işlərə vermir, bir sözlə, tənbəlləşir, vaxtlarını “cavanlar” (“молодой”lar) üzərində ağalıq etməklə keçirirdilər.. Bu isə, öz növbəsində, ordunun döyüş hazırlığına kifayət qədər mənfi təsir göstərən münasibətlərin formalaşmasına, “дедовщина” (dədəlik) kimi pis bir təzahürün yaranmasına gətirib çıxarırdı. Qəribədir ki, zabitlərin çoxu belə qeyri-sağlam münasibətləri dəstəkləyir, ona idarəetmə üsullarından biri kimi baxırdı...

Fransız dilindəki iki sözün birləşməsindən ortaya çıxmış “demobiliser” sözünün rus dilində dəyişikliyə uğrayıb “dembel” sözünə çevrilməsi fikrilə bəlkə də razılaşmaq olardı. Amma məsələ burasındadır ki, Krım tatarlarının da dilində eyni söz mövcuddur: “dembel”. Lakin Krım tatarlarının dilindəki həmin sözün hərbi xidmətlə heç bir əlaqəsi yoxdur. O elə Azərbaycan dilindəki “tənbəl” sözüdür!..

Beləliklə, ola bilsin ki, rus dilindəki «дембель» (dembel) sözü ilə türk dillərindəki “dembel” sözünün kökü eynidir. Onun fransız dilindəki “de” və “mobiliser” sözlərinin birləşməsindən yaranması barədə iddia isə bir o qədər də əsaslı deyil!..

Görünür, dilçiləri belə bir qənaətə gətirən rus dilindəki “дембель” sözü ilə fransız dilindəki “de” və “ mobiliser” sözləri arasındakı zahiri bənzərlikdir. Halbuki bu oxşarlıq adi bir təsadüfün də nəticəsi ola bilərdi.

Moderator.az-dan:

P.S. Məsələ ondadır ki, SSRİ dağıldıqdan sonra eyni “dedovşina”- “dembel”-“molodoy” qeyri-insani ənənələri əksər postsovet ölkələri kimi, Rusiyanın öz ordusunda da “uğur”la davam edib. Bu gün- Ukraynaya təcavüzkar savaş fonunda isə daha da şiddətlənib... Ona görə “tənbəlliyi dəstəkləyən ordu” sözünü çağdaş Rusiya ordusuna da aid etmək olar...

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:136
embedMənbə:https://moderator.az
archiveBu xəbər 29 Dekabr 2025 10:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see407

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see350

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see334

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see314

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see259

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see254

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see253

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see232

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see226

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see223

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see216

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see212

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see209

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see209

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see207

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see205

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see195

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see192

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see188

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri