Icma.az
close
up
RU
“Təndir hamamı”nın məlumat lövhəsini söküblər?

“Təndir hamamı”nın məlumat lövhəsini söküblər?

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakının Mərkəzi Parkında yerləşən və “Təndir hamamı” kimi tanınan XIX əsrə aid memarlıq abidəsinin, eləcə də yaxınlığındakı qədim su quyusunun məlumat lövhələrinin yoxa çıxdığı bildirilir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Bakı Gündəlyi” məlumat yayıb.

Paylaşılan fotolardan su quyusunun ətrafındakı örtük daşlarının da qoparaq dağıldığı görünür.

Məlumata görə, “Təndir hamamı” XIX əsrdə inşa olunub. Abidə və onun yaxınlığında yerləşən su quyusu 2024-cü ildə təmir və bərpa edilib.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə sorğu ünvanladıq. Qurumdan bildirildi ki, həmin lövhə ərazidə abadlıq işləri görülərkən qoyulub:

“Mərkəzi Parkın ərazisində yerləşən və “Təndir hamamı” (inventar nömrəsi 3757 ) kimi tanınan tikili yerli əhəmiyyətli memarlıq abidəsidir. Abidənin mövcud vəziyyətinin qorunmasına Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsi tərəfindən nəzarət həyata keçirilir. Abidədə 2025-ci ildə bərpa işləri aparılıb.

Hazırda mərhələli şəkildə həyata keçirilən layihə çərçivəsində tarix-mədəniyyət abidələrinə məlumat lövhələrinin quraşdırılması işləri davam etdirilir. Ötən il ərzində 1282 tarix-mədəniyyət abidəsində məlumat lövhəsi quraşdırılıb. Həmin hamama da Dövlət Xidməti tərəfindən məlumat lövhəsinin quraşdırılması nəzərdə tutulur.

Hamama və onun yaxınlığında yerləşən su quyusuna məlumat xarakterli lövhə Dövlət Xidməti tərəfindən qoyulan standart lövhə deyil. Həmin lövhə ərazidə abadlıq işləri görülərkən qoyulub. Lövhənin yararsız hala salınması məsələsinin araşdırılması Dövlət Xidməti tərəfindən diqqətdə saxlanılacaq”.

Lamiyə Məmmədova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:112
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 02 Sentyabr 2026 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see305

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see289

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see274

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see272

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see234

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see231

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see216

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see216

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see213

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see211

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see209

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see207

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see203

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see198

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see195

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see187

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see184

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see183

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri