Icma.az
close
up
RU
Təndir çörəyinin ətri

Təndir çörəyinin ətri

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Mən atamın sonbeşik oğluyam. Gördüklərim, bildiklərim yaddaşımda nağıllardakı, nəğmələrdəki kimi qalıb. Ayağım yer, dilim söz tutandan ata-anamın dediyi hər sözü eşidib, hər kəlmənin mənasını qanmışam. Çətin dolanışıq dövrlərindən yaddaşımda yaşayan o qədər unudulmaz və şirin xatirələr var ki, yazmaqla qurtaran deyil.

İkinci cahan savaşı milyonlarla ailənin ocağını söndürdüyü illərdə bizim ailəmizə də zərbə vurmuşdu. Atam odun-alovun içindən sağ çıxsa da, müharibədən ikinci qrup əlil kimi qayıtmışdı. (Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun şərəfinə mənə Həzi adını vermişdi).

Müharibədən çıxmış bir ölkədə insanlar çörəklə sınağa çəkilirdi. Dağların qarı-buzu əriyənədək kənd dəyirmanında un üyütmək üçün günlərlə növbə yaranırdı. Qışın qarlı bir günündə atam at belində, kəhraba kimi sarı buğdanı dəyirmanda üyütdürüb gətirəndə evimizdə toy-bayram idi. Dolanışığımız çətin olsa da, təknəmizdən çörək əskik olmazdı. Ailəmiz dövrünün çoxuşaqlı – “bəxtəvər”, kasıb bir ailəsi idi. Gün-güzəran çətin olanda ailəmiz dara düşdü. Amma uca Tanrı bir bölük külfəti olan anamı darda qoymurdu. Balalarının azuqəsini, süfrəsinin ruzisini verirdi.

...Elə ki, dəyirmandan un gəlirdi, anam təndirə od salırdı, həyətimiz, qapı-bacamız çörək ətrinə, bərəkət nuruna bələnirdi. Bərəkət nurunda Ay üzlü, ağbirçəkli anam nur topasına dönürdü.

12 övlad anası, “Qəhrəman ana”m təndirin başında yana-yana ağı deyib gümüldənirdi. Anamın yanğısı könül yanğısı idi, ulu yanğı idi. Bir qardaşı müharibədən qayıtmamışdı. Bir oğlunu şəhid vermişdi. Anamın ürək yanğısı təndirin istisi, ocağın tüstüsü kimi ərşə bülənd olurdu. Ağlım kəsəndən anamı bir gözü gülən, bir gözü ağlayan gördüm. Taleyin ona verdiyi kədərə də, sevincə də həyatın hikməti, taleyin qisməti kimi baxırdı anam.

Yaşa dolduqca ürəyinin sevinci də, kədəri də, oğul-uşaq qayğıları da, ömür yükü də çoxalırdı. Anam dərdə bürünə-bürünə, balalarının eşqinə yaşayırdı. Dərdi dərin olsa da, onu dünyaya bağlayan, ömrünə işıq, könlünə qanad verən balalarına olan ülvi məhəbbəti idi. Atam evimizin dayağı-dirəyi, anam odu-ocağı, işığı-nuru idi.

Balalarının başına dönüb dolandıqca, göydə Günəş də anama pərvanəlik edirdi. Elə bil, qamətində qürurlu qəm yeriyən heyrət heykəliydi anam. Onun hər işinin əzabını, əziyyətini, halalını, hümmətini qohum-qonşu, hamı görürdü.

Qollarını çırmayıb şappaşapla xəmir yoğururdı. Təndirə çörək yapırdı. Çörəkləri təndirdən çıxardıb güllü örtüklü taxçanın üstünə düzürdi. Gəlib-gedənlərə çörəkdən pay verirdi. Deyirdi ki, çörək üstünə gələn adama çörəkdən pay verməsən, evin bərəkəti qaçar, çörək evdən küsər, təknədən tükənər.

Elə bil, səsindən göz yaşı tökülürdü yazıq anamın. Bayatılı, laylalı dili vardi. Bizi əzizləyərdi, oxşayardı. Ömürdən uzun illər ötsə də, onun bişirdiyi təndir çörəyinin dadı hələ də damağımdan getməyib. Nə qədər ki, mələk simalı, kövrək ürəkli, təndiri çörəkli anam vardı. Ata ocağımızda bərəkət nuru vardı. Nurun bərəkəti, çörəyin, unun bərəkəti vardı:

Ərşə bülənd oldu alovla tüstü,
Çırpını yandırdı, təndiri çatdı.
Hava soyuq idi, təndir də isti,
Anam yun şalını çiyninə atdı.

Çırpı yana-yana baxırdım ona,
Hərdən az qalırdı əlləri yana,
Təndirin odunu salıb sahmana,
Anam kökələrdən əsər yaratdı.

Bişdi, Günəş kimi kökələr bişdi,
Təndirdən bir kökə qopub sürüşdü,
Onda elə bildim ürəyim düşdü –
Əl boyda bir kökə məni ağlatdı...

Uşaqlar çoxuydu, anamsa təkdi,
Bizi böyütməkçün, eh, nələr çəkdi...
Şalı kürəyində yorğan, döşəkdi,
Ən şirin yuxunu mən orda yatdım.

Canıma yayıldı kökənin ətri,
Bir də həyətdəki cökənin ətri.
Ürəyim gedirdi kökədən ötrü,
Nə yaxşı, mənə də bir kökə çatdı.

Şəhərdə təndirə baxıram dinməz,
Odunu-ocağı de, hardadır, bəs?!
Bərəkət var idi onda, tükənməz –
Anam bir dünyaydı, təndir həyatdı.

P.S. Azərbaycanın təndir çörəyi də UNESCO-nun Mədəni İrs Siyahısına daxil edilib.

Həzi HƏSƏNLİ,
şair-publisist

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 May 2025 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see342

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see327

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see270

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see262

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see255

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see240

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see230

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see219

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see209

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see208

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see208

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see204

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see199

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see199

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see186

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see184

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

11 Noyabr 2026 23:54see176

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see176

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see169

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri