Icma.az
close
up
RU
Tənha ana talassemiyalı körpəsinin əməliyyatı üçün yardım istəyir

Tənha ana talassemiyalı körpəsinin əməliyyatı üçün yardım istəyir

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qəbələ rayonu Vəndam qəsəbə sakini Əsmər Famil qızı Mahmudova 3 yaşlı oğlu Yusifin ağır xəstəliyi ilə bağlı xeyirxah insanlardan yardım istəyir.
Konkret.az-a müraciət edən 27 yaşlı gənc ana övladı haqqında ətraflı məlumat verərək bildirir ki, Yusif Vüqar oğlu Mahmudov 2021-ci ilin noyabrın 1-də dünyaya gəlib. Bir müddətdən sonra səhhətində yaranan problemlər (qarın şişkinliyi, dalağın böyüməsi, dəridə göyərmələr və ən əsası qanın parçalanması) nəticəsində vəziyyəti kəskin pisləşib. Ona görə də tibbi sığortanın göndərişi əsasında uşağı Qəbələdən Bakıya – Milli Hemotologiya və Transfuziologiya Mərkəzinə aparmalı olublar. Müxtəlif analizlərdən sonra məlum olub ki, Yusif talassemiyanın böyük beta formasını daşıyır. Ananın sözlərinə görə, 2023-cü ilin fevral ayında xəstəxanada uşağa ayda iki dəfə qan vurulması məsləhət görülüb və bunun üçün hər ay həkim müayinələri və qan köçürülməsi üçün mərkəzə üz tutublar.
Ə.Mahmudova bildirir ki, həmin dönəmlərdə evdə onkoloji xəstəlikdən əziyyət çəkən qayınanası olduğu üçün bütün vəsaitlərini onun müalicəsinə xərcləyiblər. Nəticədə imkansızlıqdan Yusifin müalicəsini vaxtlı-vaxtında aparmaq mümkün olmayıb və uşağın vəziyyəti günü-gündən daha da pisləşirib.
Ana deyir ki, ikinci övladı olacağı təqdirdə ilik tapmaq asan olsa da, yoldaşı buna razılıq verməyib: “Həkimlər süni yolla uşaq dünyaya gətirə biləcəyimi məsləhət görsələr də, imkansızlıq və başqa səbəblərdən bu da mümkün olmadı, üstəlik, həyat yoldaşımla da ayrıldıq. Hazırda mən və oğlum atamın himayəsində yaşayırıq” , – deyən Ə.Mahmudova övladının gözü qarşısında acı çəkməsinə dözə bilmədiyini dilə gətirir: “Hər dəfə xəstəxanada uşağın damar yolu açılanda vəziyyəti pisləşir, damarlar partlayır, qan parçalanır, qan vurulduqca orqanizmdə dəmir çoxalır və bir az da yüklənir. Son zamanlarda artıq iştahadan da kəsilib”.
Ə.Mahmudova övladının müalicəsinin ancaq ölkədən kənarda mümkün olduğunu deyir və tənha ana kimi xeyirxah insanlardan kömək istəyir: “Həkimlərin rəyinə görə, ilik köçürülməsi əməliyyatına ehtiyac var. Artıq donor axtarışı üçün müraciət də etmişəm və bizə məlumat verilib ki, donor tapılıb. Lakin bu, külli miqdarda maddi vəsait tələb edən bir əməliyyatdır və mənim imkanım olmadığı üçün övladım gözümün qabağında əriyib gedir”.
Əsmər xanım məsələ ilə bağlı bəzi xeyriyyə fondlarına müraciət etdiyini desə də, Yusifin təcili əməliyyata ehtiyacı olduğunu nəzərə alaraq saytımız vasitəsilə xeyirxah insanlardan yardımlarını əsirgəməməyi xahiş edir: “Mərhəmətli və yardımsevər xalqımızdan oğlumun əməliyyatı üçün lazım olan vəsaitin toplanmasında əl uzatmalarını xahiş edirəm. Mən oğlunu tək-tənha böyüdən gənc bir anayam. Bütün analar kimi övladımı gələcəyin əsgəri, Vətənə, xalqa və dövlətə layiqli və yararlı bir şəxsiyyət kimi görmək istəyirəm. Övladımın gələcəyi naminə hər kəsdən kömək umuram və əvvəlcədən dərin təşəkkürümü bildirirəm”.
Balaca Yusifə dəstək məqsədilə Əsmər Mahmudovanın əlaqə nömrələrini təqdim edirik: Tel: 051-350-45-87, 050-464-28-78

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 08 Noyabr 2024 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see278

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see251

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see220

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see205

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see200

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see197

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see192

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see179

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see174

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see159

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see154

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see153

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see148

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see145

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see144

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see144

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see142

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see140

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see138

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri