Icma.az
close
up
RU
Tənzilə Rüstəmxanlı: Rusiyanın Azərbaycan xalqı, həlak olanların ailələri qarşısında üzr istəmək borcu var

Tənzilə Rüstəmxanlı: Rusiyanın Azərbaycan xalqı, həlak olanların ailələri qarşısında üzr istəmək borcu var

Icma.az, Pravda.az portalına istinadən məlumatı açıqlayır.

Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı Aktauda baş verən təyyarə qəzasında həlak olan pilotlara və vətəndaşlarımıza şəhid statusu verilməsi təklifinə münasibət bildirib. 

Deputat Pravda.az-a açıqlamasında deyib ki, təyyarə qəzası xalqımız üçün faciə, ağır itkidir. 

"Kadrları izləyəndə hər bir azərbaycanlının ürəyi qanla doldu. Çox böyük acımız var. Millətimizin başı sağolsun. Vətən sağ olsun! Ölənlərə Allahdan rəhmət, sağ qalanlara cansağlığı diləyirəm. Övladlarını itirən ailələrə səbir diləyirəm. Əlbəttə, nə dərəcədə realdır, bilmirəm, amma bir şey gerçəkdir - müharibə bölgəsində təyyarəmiz vurulub, pilotlarımızın, ekipaj üzvlərimizin hər biri qəhrəmanlıq göstərib. Qızımızın (stüardessa Hökumə Əliyeva - red.) səsi  titrəsə, stress yaşasa belə, nə qədər təmkinlə danışıb təyyarədəki sərnişinləri sakitləşdirməyə, qayda-qanuna yaratmağa çalışır. Onun səsi hələ də qulaqlarımızdadır.  "Hər şey yaxşı olacaq!" deyir. Pilotlarımız və ekipaj üzvləri xidməti vəzifə başında, ağır bir vəzifəni yerinə yetirərkən fədakarlıq göstəriblər. Əgər pilotlarımızın və ekipaj üzvlərinin qəhrəmanlıqları olmasaydı, bəlkə, təyyarəmizdən bir nəfər belə sağ çıxmazdı. Onlar gerçək qəhrəmandırlar. Düşünürəm, dövlətimiz onların qəhrəmanlıqlarını ən yüksək səviyyədə qiymətləndirəcək. Üzücü haldır", - deputat bildirib.

T.Rüstəmxanlı Rusiyanın məsuliyyət məsələsinə diqqət çəkib: "Hadisə Rusiya ərazisində baş verib. Məni üzən başqa bir tərəf var. Dünən gecəyə qədər Rusiyadan heç bir səs çıxmadı. Moskva səssizliyini qoruyur. Əlbəttə, istəməyərək olsa belə, təyyarəmiz məqsədli şəkildə vurulmasa belə, Rusiyanın dövlət ərkanı, ənənəsi Azərbaycan xalqından üzr istəmək, təzminat ödəməkdir. Təzminat məsələnin maddi tərəfidir. Rusiyanın Azərbaycan xalqı, həlak olanların ailələri qarşısında bir üzr istəmək borcu var. Bu, çox önəmlidir".

Aytəkin Qardaşova 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:36
embedMənbə:https://pravda.az
archiveBu xəbər 27 Dekabr 2024 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniyanın Moers şəhərində media nümayəndələri ilə Azərbaycanın təbliğinə dair görüş keçirilib

04 İyun 2025 19:12see400

Əbülfət Mədətoğlu: 21 günün ŞEİRİ

05 İyun 2025 10:48see191

Nail 12 kiloqram arıqlayıb

04 İyun 2025 21:30see116

Fizika qanunlarına meydan oxuyan top: Şaquli divarda yuvarlanır, amma yerə düşmür

05 İyun 2025 03:20see113

Settar Kaya: Qərbi Azərbaycana qayıdış hüququna məhəl qoymamaq və ya onu təxirə salmaq olmaz

04 İyun 2025 11:22see113

Paltardakı ləkələri və sarılığı aradan qaldıran ən ucuz vasitə hansıdır? 2 qaşıq əlavə edin

04 İyun 2025 09:37see112

Mətin Eynullayevə ağır itki

04 İyun 2025 09:11see112

Məşhur rusiyalı model narkotik maddələrin təbliğinə görə hakim qarşısına çıxacaq

05 İyun 2025 01:37see112

Zelenski onu Birləşmiş Qüvvələrin komandanı təyin etdi

04 İyun 2025 11:23see111

Çelsi qapıçılarını satır

04 İyun 2025 09:25see111

Qlobal ticarət müharibəsi gerçəkləşir ANALİTİK

04 İyun 2025 15:52see111

“Tor” əməliyyatı ABŞ a siqnaldır ki, müharibə onların ərazisində də ola bilər WSJ

04 İyun 2025 16:26see111

“Nursema”nın estetikdən əvvəlki halı diqqət çəkdi

04 İyun 2025 15:39see110

Gizlin qalmış ən məşhur sirr: 3 yaşlı Medlinin izi 18 ildən sonra yenidən axtarılır

04 İyun 2025 07:46see110

Azərbaycanın Əməkdar jurnalisti vəfat etdi

04 İyun 2025 02:30see109

Feliksə qiymət qoydular

04 İyun 2025 15:28see109

Zərdüşt Əlizadə: “AXC xalqla yox, mafiya ilə işləyirdi”

04 İyun 2025 15:44see109

Cənubi Koreyanın yeni prezidenti Li Jae Myonq vəzifəsinin icrasına başlayıb YENİLƏNİB

04 İyun 2025 04:15see109

Orban Ukraynanın Aİ üzvlüyünə etiraz etdi

04 İyun 2025 08:26see109

Yusif Cabbarov: Ukraynanın titan istehsalçısını güclü və rəqabətədavamlı edəcəyik

04 İyun 2025 16:32see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri