Təqaüd 1700 manat oldu
Icma.az, Pravda.az portalına istinadən məlumat yayır.
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləği artırılıb.
Pravda.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin Fərmanı ilə Sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğlərinin artırılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında edilən dəyişiklikdə əksini tapıb.
Fərmana əsasən, 2025-ci il iyulun 1-dən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü 1700 manat müəyyən edilib.

