Icma.az
close
up
RU
Təqaüd proqramının qalibi müəyyən olunub

Təqaüd proqramının qalibi müəyyən olunub

Icma.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) tabeliyində Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Mənəvi Dəyərlərin Təbliği Fondunun (MDTF) birgə təşkilatçılığı ilə tələbələr arasında keçirilmiş “Seyid Yəhya Bakuvi” təqaüd proqramı üzrə müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Azərbaycan İlahiyyat İnstitutunun rektoru dosent Aqil Şirinov “Seyid Yəhya Bakuvi” təqaüd proqramının seçim mərhələsi haqqında məlumat verib. Rektor vurğulayıb ki, ali təhsil müəssisəsi tələbələrin öz potensiallarından tam istifadəsi, motivasiyalarının yüksəldilməsi, elmi axtarışlara sövq edilməsi, ali təhsilli mütəxəssislərin hazırlanmasının keyfiyyətinin artırılması istiqamətində müxtəlif tədbirlər həyata keçirir. A.Şirinov, eyni zamanda DQİDK tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fonduna Azərbaycan İlahiyyat İnstitutunun tələbələri üçün yeni təqaüd proqramları təsis etdiyinə görə təşəkkürünü bildirib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov təqaüd proqramının qalibini təbrik edib, tələbələrə uğurlar arzulayıb. Vurğulayıb ki, təsis olunmuş təqaüdlərin hər birinin məqsədi Azərbaycan İlahiyyat İnstitutunun tələbələrinin təhsilə olan marağını gücləndirməkdən, ixtisaslı kadrların yetişdirilməsini stimullaşdırmaqdan və tələbələrin ərəb dili üzrə biliklərinin artırılmasına dəstək göstərməkdən ibarətdir. Lakin onların hamısının vahid ideyası ləyaqətli vətəndaş yetişdirməkdir. Ölkəmizin gələcəyi təhsilli, elmli, vətənpərvər gənclərə bağlıdır. Bu təqaüdlərin fəlsəfəsində dayanan ləyaqət anlayışı məhz yüksək təhsil, vətənpərvərlik, milli-mənəvi köklərinə bağlılıq kimi ali dəyərləri özündə ehtiva edir.

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Vüsal Göyüşov çıxışında tələbələr üçün təsis olunan proqramlarda fəal iştirak etməyi tövsiyə edib. İnstitutda gənclər üçün yaradılmış şəraitin onlar üçün böyük fürsət olduğunu, bu imkanlardan maksimum yararlanmaqla, savadlı mütəxəssis kimi yetişə biləcəklərini nəzərə çatdırıb. V.Görüşov bildirib ki, Fondun əsas fəaliyyət istiqamətlərindən biri də təhsilalanların sosial müdafiəsinin gücləndirilməsi, istedadlı şəxslərin təhsilini davam etdirməsinə dəstək göstərməkdir. Bu məqsədilə Fond Azərbaycan İlahiyyat İnstitutu ilə qarşılıqlı əməkdaşlıq şəraitində çalışır.

Daha sonra “Seyid Yəhya Bakuvi” təqaüd proqramı üzrə müsabiqənin qalibləri elan olunub.

"İslamşünaslıq" ixtisası I kurs tələbəsi Cəlal Cəfərli birinci, "İslamşünaslıq" ixtisası I kurs tələbəsi Elvin Qurbanov ikinci, "İslamşünaslıq" ixtisası I kurs tələbəsi Məhəmməd Güləliyev və "Dinşünaslıq" ixtisası I kurs tələbəsi Fatimə Həsənzadə üçüncü yerə layiq görülüblər.

Müsabiqə qalibləri çıxış edərək, Komitə, Fond və İnstitut rəhbərliyinə təşəkkürlərini ifadə ediblər.

Qeyd edək ki, Qurani-Kərim qiraəti istiqamətində ixtisaslı kadrların yetişdirilməsinin stimullaşdırılması məqsədilə “Seyid Yəhya Bakuvi” təqaüdü təsis edilib. “Seyid Yəhya Bakuvi” təqaüd proqramının seçim mərhələsi 14 mart 2025-ci il tarixində keçirilib. Müsabiqə komissiyası tərəfindən təsdiq olunmuş meyarlar nəzərə alınmaqla, ali təhsilin bakalavriat səviyyəsində təhsil alan Aİİ tələbələri arasında seçim aparılıb. Təqaüd Qiymətləndirmə Komissiyasının qərarı əsasında qalib seçilmiş şəxsə 1 il müddətində veriləcək.

Cavid

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 10 Aprel 2025 10:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see310

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see301

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see293

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see285

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see282

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see273

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see264

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see250

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see247

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see244

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see237

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see222

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see220

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see217

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see209

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see208

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see196

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see180

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see176

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri