“Parla” təqaüd və inkişaf proqramının iştirakçısı Dövlət Proqramının qalibi olub
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 28 avqust, AZƏRTAC
Təhsilin İnkişafı Fondunun “NEQSOL Holding” ilə əməkdaşlığı çərçivəsində həyata keçirdiyi “Parla” təqaüd və inkişaf proqramının builki məzunu Leyla Quliyeva “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”nın qalibi olub.
Fonddan AZƏRTAC-a bildirilib ki, Leyla Quliyeva magistratura təhsilini ABŞ-ın Kolumbiya Universitetində sənaye mühəndisliyi (MSc in Industrial Engineering) ixtisası üzrə davam etdirəcək.
Qeyd edək ki, Leyla Quliyeva 675.6 bal toplayaraq Bakı Ali Neft Məktəbinin proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasına qəbul olub və bakalavriat təhsilini 94.94 ÜOMG ilə başa vurub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 28 Avqust 2025 14:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















