Icma.az
close
up
RU
BMU məzunu Hökumətlərarası Təqaüd Proqramının qalibi olub

BMU məzunu Hökumətlərarası Təqaüd Proqramının qalibi olub

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 30 oktyabr, AZƏRTAC

Bakı Mühəndislik Universitetinin (BMU) məzunu Elvin Nəsirov Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən Hökumətlərarası Təqaüd Proqramının 2026/2027-ci tədris ili üzrə qalibi olub.

BMU-dan AZƏRTAC-a bildirilib ki, o, Qazaxıstanın L.N.Qumilyov adına Avrasiya Milli Universitetində “Menecment və idarəetmə” ixtisası üzrə doktorantura təhsili almaq hüququ qazanıb. Bununla yanaşı, BMU məzunu Rusiya Federasiyası Hökumətinin təqaüd proqramı çərçivəsində keçirilən “Open Doors” Beynəlxalq Olimpiadanın qalibi olub. O, bu ölkənin Xarici İşlər Nazirliyinin tabeliyində fəaliyyət göstərən Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MGIMO) aspirantura səviyyəsində oxumaq imkanı əldə edib.

Elvin Nəsirov elmi fəaliyyətini və akademik inkişafını təqaüd proqramı çərçivəsində Qazaxıstanda davam etdirmək niyyətindədir. Doktorantura təhsili alacağı Avrasiya Milli Universiteti “QS World University Rankings 2027” beynəlxalq reytinqində dünya üzrə 338-ci yerdə qərarlaşıb.

BMU-da “Sənaye mühəndisliyi” ixtisası üzrə bakalavriat, 2026-cı ildə isə “Sənayenin təşkili və idarə edilməsi” ixtisası üzrə magistratura təhsilini müvəffəqiyyətlə başa vuran Elvin Nəsirov elmi fəaliyyətini uğurla davam etdirib. Onun indiyə qədər dərc olunan 11 elmi məqaləsinin 7-si Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi elmi jurnallarda, digər məqalələri isə beynəlxalq və respublika səviyyəli elmi konfransların materiallarında işıq üzü görüb.

BMU məzunu peşəkar inkişaf istiqamətində də bir sıra uğurlar qazanıb. O, Oksford Universitetinin peşəkar inkişaf proqramı çərçivəsində “AI and Digital Transformation in Government” kursunu, həmçinin Microsoft Office Specialist: Excel Expert (MO-211) sertifikatlaşdırma imtahanını uğurla tamamlayıb. Bundan əlavə, International Education Research Certificate Center (IEEC) tərəfindən keçirilən “International Project Management” imtahanından müvəffəqiyyətlə keçib.

Elvin Nəsirovun əldə etdiyi nailiyyətlər BMU-da qazandığı akademik bilik və təcrübənin, eləcə də apardığı elmi fəaliyyətin uğurlu nəticəsidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Oktyabr 2026 11:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see338

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see329

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see326

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see314

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see312

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see301

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see301

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see293

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see273

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see269

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see268

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see266

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see264

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see261

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see259

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see255

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see252

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see233

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see220

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri