Icma.az
close
up
RU
Təqaüd qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətində görüş keçirilib FOTO

Təqaüd qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətində görüş keçirilib FOTO

Icma.az bildirir, Azpost saytına əsaslanaraq.

24 noyabr 2024-cü il tarixində “Veysəloğlu Şirkətlər Qrupu”nun ofisində “Gələcəyini Qur!” layihəsinin builki iştirakçıları, o cümlədən şirkətin dəstəyi ilə təhsil təqaüdünü qazanmış 10 və 11-ci sinif şagirdlərinin iştirakı ilə görüş keçirilib.

Qeyd edək ki, 2024-2025-ci tədris ilindən etibarən Şirkətlər Qrupu təhsilə dəstək ehtiyacı olan əməkdaşlarının övladlarının təhsil və inkişafına töhfə vermək məqsədilə onların “Gələcəyini Qur!” layihəsində iştirakına dəstək verir. Layihə çərçivəsində abituriyentlər bir il ərzində seçdikləri ixtisas qrupları üzrə ali məktəblərə qəbul olmaq üçün əlavə dərslərdə iştirak edir, inkişafetdirici tədbirlərdən və psixoloq dəstəyindən faydalanır.

Tədbirin əsas məqsədi abituriyentləri Şirkətlər Qrupunun fəaliyyəti ilə tanış etmək, onlara universitetə hazırlıq yolunda həvəs və motivasiya vermək olub. “Veysəloğlu Şirkətlər Qrupu”nun baş ofisinin tanışlığı ilə start götürən tədbirdə Qrupun İnsan Resursları direktoru Ziya Rəcəbov abituriyentlərə Qrupun fəaliyyəti və keçdiyi yolun xronologiyası haqqında məlumat verib. Ardınca Veysəloğlu Distribusiya Təlim və İnkişaf şöbəsinin müdiri Ağamməd Günəşov və “Araz” Supermarketlər şəbəkəsinin İstedadların İdarə edilməsi və inkişafı şöbəsinin müdiri Zaur Məmmədli motivasiya yönümlü təlim proqramları ilə çıxış ediblər.

Tədbirin ikinci hissəsi “Gələcəyini Qur!” layihəsinin həmtəsisçisi Bəhruz Hidayətzadənin çıxışı ilə başlayıb. O, məktəblilərə layihənin məsuliyyət, elm, yaradıcı düşüncə və digər dəyərlərindən bəhs edib. Tədbirin davamında psixoloq və pedaqoq Hüseyn Həsənov “Məsuliyyətli olmaq” və “Gələcəyini Qur!” layihəsinin məzunu, Samir Qulamzadə isə “Hədəflərin təyin olunması” mövzusunda təqdimatlarla çıxış ediblər. Tədbir zamanı abituriyentlər interaktiv fəaliyyətdə iştirak edərək komandada işləmək, tənqidi düşüncə, kommunikasiya, problemlərin həll olunması kimi yumşaq bacarıqlarını inkişaf etmək üçün fürsət əldə etdilər.

Tədbirin sonunda xatirə şəkli çəkilib və interaktiv fəaliyyətdə aktivlik göstərib seçilən layihə iştirakçıları şirkət tərəfindən kiçik hədiyyələrlə təltif olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://azpost.info
archiveBu xəbər 25 Noyabr 2024 17:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see272

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see254

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see240

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see192

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see177

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri