Icma.az
close
up
RU
“Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi Yeni Gündəm

“Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi Yeni Gündəm

Icma.az, Yenigundem portalına istinadən məlumat verir.

24 noyabr 2024-cü il tarixində “Veysəloğlu Şirkətlər Qrupu”nun ofisində “Gələcəyini Qur!” layihəsinin builki iştirakçıları, o cümlədən şirkətin dəstəyi ilə təhsil təqaüdünü qazanmış 10 və 11-ci sinif şagirdlərinin iştirakı ilə görüş keçirilib. Qeyd edək ki, 2024-2025-ci tədris ilindən etibarən Şirkətlər Qrupu təhsilə dəstək ehtiyacı olan əməkdaşlarının övladlarının təhsil və inkişafına töhfə vermək məqsədilə onların “Gələcəyini Qur!” layihəsində iştirakına dəstək verir. Layihə çərçivəsində abituriyentlər bir il ərzində seçdikləri ixtisas qrupları üzrə ali məktəblərə qəbul olmaq üçün əlavə dərslərdə iştirak edir, inkişafetdirici tədbirlərdən və psixoloq dəstəyindən faydalanır.

Tədbirin əsas məqsədi abituriyentləri Şirkətlər Qrupunun fəaliyyəti ilə tanış etmək, onlara universitetə hazırlıq yolunda həvəs və motivasiya vermək olub. “Veysəloğlu Şirkətlər Qrupu”nun baş ofisinin tanışlığı ilə start götürən tədbirdə Qrupun İnsan Resursları direktoru Ziya Rəcəbov abituriyentlərə Qrupun fəaliyyəti və keçdiyi yolun xronologiyası haqqında məlumat verib. Ardınca Veysəloğlu Distribusiya Təlim və İnkişaf şöbəsinin müdiri Ağamməd Günəşov və “Araz” Supermarketlər şəbəkəsinin İstedadların İdarə edilməsi və inkişafı şöbəsinin müdiri Zaur Məmmədli motivasiya yönümlü təlim proqramları ilə çıxış ediblər.

Tədbirin ikinci hissəsi “Gələcəyini Qur!” layihəsinin həmtəsisçisi Bəhruz Hidayətzadənin çıxışı ilə başlayıb. O, məktəblilərə layihənin məsuliyyət, elm, yaradıcı düşüncə və digər dəyərlərindən bəhs edib. Tədbirin davamında psixoloq və pedaqoq Hüseyn Həsənov “Məsuliyyətli olmaq” və “Gələcəyini Qur!” layihəsinin məzunu, Samir Qulamzadə isə “Hədəflərin təyin olunması” mövzusunda təqdimatlarla çıxış ediblər. Tədbir zamanı abituriyentlər interaktiv fəaliyyətdə iştirak edərək komandada işləmək, tənqidi düşüncə, kommunikasiya, problemlərin həll olunması kimi yumşaq bacarıqlarını inkişaf etmək üçün fürsət əldə etdilər. Tədbirin sonunda xatirə şəkli çəkilib və interaktiv fəaliyyətdə aktivlik göstərib seçilən layihə iştirakçıları şirkət tərəfindən kiçik hədiyyələrlə təltif olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 26 Noyabr 2024 09:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see243

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see229

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see215

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see175

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see157

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

101 yaşlı qadın sirrini açdı: Problemlər barədə düşünməmək

20 Yanvar 2026 10:31see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see141

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see136

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri